“Formula 1”in 95 yaşlı sabiq rəhbəri saxlanıldı
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Formula-1”in keçmiş rəhbəri, 95 yaşlı Berni Eklstoun Portuqaliyada saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Correio da Manhа” nəşri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Eklstounun özəl təyyarəsi Tires aerodromuna endikdən sonra Portuqaliya polisinin (PSP) əməkdaşları tərəfindən həbs əməliyyatı keçirilib. Yoxlama zamanı britaniyalı milyarderin üzərindən qanunsuz odlu silah aşkar edilib. Məşhur biznesmeni məhkəmə prosesinin gözlədiyi, yoxsa sadəcə rəsmi ittihamla kifayətlənəcəyi hələlik dəqiq deyil.
Xatırladaq ki, Eklstoun 2023-cü ildə də dələduzluqda ittiham olunmuşdu. London məhkəməsində o, Sinqapurdakı fondunda yerləşən 472 milyon avro dəyərindəki aktivlərini bəyan etmədiyini boynuna almış və 17 ay müddətinə şərti həbs cəzası almışdı.
Qeyd edək ki, Berni Eklstoun 40 il ərzində “Formula-1” yarışlarına rəhbərlik edib və 2017-ci ilin yanvarında postunu tərk edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Sentyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















