“Formula 1”in sabiq rəhbəri Portuqaliyada həbs olundu
Icma.az bildirir, Yenisabah portalına istinadən.
"Formula-1"in sabiq rəhbəri Berni Ekklstoun qanunsuz silah gəzdirdiyinə görə Portuqaliyada həbs olunub.
"Yeni Sabah" xəbər verir ki, 95 yaşlı britaniyalı sahibkar şəxsi təyyarəsi ilə yerə endikdən dərhal sonra Tires aerodromunda "planlı əməliyyat çərçivəsində" saxlanılıb.
Mənbənin bildirdiyinə görə, Ekklstounun üzərində tüfəng olub. Dördpendirli pizza
2022-ci ildə də Braziliya hava limanında yoxlama zamanı Ekklstounun üzərində qeydiyyata alınmamış tapança aşkar olunmuşdu. Ekklstoun dindirilmə zamanı silahın özünə məxsus olduğunu etiraf etsə də, onun baqajda olmasından xəbərsiz olduğunu bildirmişdi. Biznesmen girov müqabilində azadlığa buraxılmışdı.
Qeyd edək ki, Ekklstoun 1978-2017-ci illərdə "Formula-1"in rəhbəri vəzifəsini icra edib. Bu postda onu amerikalı Çeyz Keri əvəzləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 07 Sentyabr 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















