Fortis Group yenə cərimələnir
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fortis Group" MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 324-cü (Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Goranboy Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədovun icraatındadır. Baxış iclası dekabrın 9-da keçiriləcək.
Qeyd: Nizamnamə kapitalı 25 000 000 AZN olan MMC-nin qanuni təmsilçisi Asif Ziyadxan oğlu İbrahimovdur. Şirkət inşaat materiallarının istehsalı ilə məşğuldur.
Xəyal Quliyev

Fortis Group cərimələndi
30 Noyabr 2024 09:07
“Fortis Group” cərimələndi
30 Noyabr 2024 11:35
“Fortis Group”la bağlı cərimə qərarı qüvvədə saxlanıldı
06 Fevral 2025 08:03
Katsan Group cərimələnir
19 Noyabr 2024 10:04
Best Granite Group cərimələnir Ölkədən pul çıxarıb
27 Noyabr 2024 09:50

