Icma.az
close
up
RU
“Əş Şarq əl Avsət” qəzeti Bakı Enerji Həftəsi haqqında yazıb

“Əş Şarq əl Avsət” qəzeti Bakı Enerji Həftəsi haqqında yazıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 3 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanın Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Bakı Enerji Həftəsi haqqında yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə neft sektorunun əhəmiyyətinə toxunulur.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev neft və qaz sektorunun dünyada davamlı inkişafın gücləndirilməsində strateji rolunu yüksək qiymətləndirir, eyni zamanda bu sahəyə investisiyaların davam etdirilməsinin dünya enerji tələbatının artan ehtiyaclarını ödəmək baxımından vacibliyini vurğulayır.

Bakı Enerji Həftəsinin əhəmiyyətinə toxunan məqalədə o da bildirilir ki, bu tədbir regionda enerji sahəsində ən önəmli hadisə hesab olunur və hər il qlobal enerji liderlərini bir araya gətirir. Belə ki, bu il Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. Azərbaycanla yanaşı, tədbirdə ABŞ, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və sair ölkələr də təmsil olunur.

Qeyd olunur ki, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan üç əsas tədbirdən biri olan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” regionun ən qədim və ən nüfuzlu ixtisaslaşmış sərgilərindəndir. Bu kontekstdə təşkil olunan 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” isə davamlı və bərpaolunan enerji həllərinə diqqət çəkir. 30-cu Yubiley “Baku Energy Forum”u isə enerji gələcəyinə dair strateji dialoqlar və müzakirələr üçün platformadır.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Heysəm əl-Ğays Prezident İlham Əliyevə və Azərbaycana OPEC və təşkilata daxil olmayan istehsalçılar arasında əməkdaşlıq çərçivəsinin dəstəklənməsinə görə təşəkkür edib. Azərbaycan bu əməkdaşlıq çərçivəsinin 2016-cı ildə yaradılmasından bəri ən fəal iştirakçılardan biridir.

Əl-Ğays Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərini müzakirə etmək üçün strateji yanaşmasını alqışlayıb. Bu yanaşma 2025-ci ilin 9-10 iyul tarixlərində Vyanada Hofburq Sarayında keçiriləcək OPEC-in 9-cu Beynəlxalq Seminarının prioritetləri və mövzusuna uyğundur.

Qeyd edilir ki, Bakı Enerji Həftəsi 30 il ərzində qlobal enerji sektorunda mühüm hadisə kimi mövqeyini möhkəmləndirib. Tədbir əvvəlcə neft və qaz sərgisi kimi başlayıb, sonradan bərpaolunan enerji, “yaşıl texnologiyalar” və davamlılıq sahələrini də əhatə etməyə başlayıb. Bu inkişaf Azərbaycanın regional və beynəlxalq enerji mərkəzi kimi artan rolunu, enerji təhlükəsizliyinin gücləndirilməsi və daha təmiz enerji mənbələrinə keçidə olan öhdəliyini əks etdirir. Tədbir şirkətlər və hökumətlər arasında əməkdaşlığı asanlaşdırmaqda və sənayedə ən son yenilikləri bölüşmək üçün unikal platforma rolunu oynayır.

Bundan başqa, yazıda Azərbaycan Prezidenti İlham Əliyevlə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyan arasında keçirilmiş görüşə də toxunulur.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri