Icma.az
close
up
RU
Əməyin Mühafizəsi Mərkəzi növbəti infotur təşkil edib

Əməyin Mühafizəsi Mərkəzi növbəti infotur təşkil edib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi tərəfindən əməyin mühafizəsi ilə bağlı “Azerfloat” QSC-yə növbəti infotur təşkil olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, infoturun keçirilməsinin əsas məqsədi iştirakçılara əməyin təhlükəsizliyi sisteminə dair əyani tanışlıq imkanı yaratmaq və praktik məlumatların təqdim edilməsindən ibarətdir.

İnfoturda Abşeron-Xızı regionunda fəaliyyət göstərən 12 müəssisənin əməyin mühafizəsi üzrə müvafiq nümayəndəsi iştirak edib.

Giriş təlimatını dinlədikdən sonra iştirakçılara müəssisə haqqında ətraflı məlumat verilib. Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı Mədinə Mirili mərkəzin fəaliyyəti, əmək hüquqları və əməyin mühafizəsi sahəsində göstərilən məsləhət xidmətləri barədə danışıb. O, müəssisələrdə əməyin mühafizəsi üzrə norma, standart və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulayıb, eləcə də yeni qəbul edilmiş standartlar barədə məlumatı diqqətə çatdırıb.

Daha sonra istehsalat prosesi izlənilib və qonaqlara proseslərin təhlükəsizliyi, bu istiqamətdə görülən tədbirlər barədə geniş məlumat verilib.

Qeyd edək ki, Əməyin Mühafizəsi Mərkəzi müəssisələrdə əməyin mühafizəsi, norma və qaydalarının təmin olunması, həmçinin bu sahədə sistemli idarəetmənin qurulması məqsədilə əməkdaşlıq fəaliyyətlərini davam etdirir. Mərkəz ilə “Azerfloat” QSC arasında imzalanmış əməkdaşlıq sənədi bu istiqamətdə ilk layihədir. Layihə çərçivəsində şirkətdə əməyin mühafizəsi normaları, standartları və qaydalarının tətbiqi, işçilərin bu sahədə təlimatlandırılması və risklərin idarəolunması üzrə birgə işlər həyata keçirilib. Nəticədə müəssisədə işçilər üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində nümunəvi iş şəraitinin yaradılması təmin edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri