Icma.az
close
up
RU
Forum iştirakçıları ölkəmizin sürətli transformasiyası ilə bağlı məlumatlandı

Forum iştirakçıları ölkəmizin sürətli transformasiyası ilə bağlı məlumatlandı

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


ADA Universitetinin təşkil etdiyi “Yeni dünya nizamın doğru” forumunda ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti dünyada və regionda baş verən siyasi proseslərə münasibət bildirdi.
Azərbaycanın Mərkəz Asiya və Yaxın Şərqdə cərəyan edən proseslərə iştirakçı qismində cəlb edilməsi beyin mərkəzləri tərəfindən də təhlil edilir. Bu mövzuda suala cavab olaraq, dövlət başçımız da bildirdi ki, Azərbaycanın əlverişli coğrafiyası, aparılan düzgün siyasət ölkəmizin Mərkəzi Asiya və Avropa regionu arasında körpü kimi önəmini artırır. İndiki mürəkkəb şəraitdə Azərbaycan kimi sülhpərvər aktorlara ehtiyac var. Ermənistanla normallaşma prosesi və bu kontekstdə Cənubi Qafqazda geosiyasi vəziyyət də ən çox maraq kəsb edən mövzulardandır. Ölkə başçısı bir daha bəyan etdi ki, bu regionda dayanıqlı sülh və təhlükəsizlik vacibdir. Amma Ermənistan təəssüf ki, silahlanma və revanşa üstünlük verir. Forum iştirakçılarına da məlumat verildi ki, Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlar planlaşdırır. Elə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılmasına dair Azərbaycanın legitim təklifini qəbul etməməsi də bununla bağlıdır.
Bu gün Cənubi Qafqazda ayırıcı xətlər çəkmək istəyənlər bu mıkrli planlarını Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Gürcüstanla mövcud olan normal qonşuluq münasibətləri isə regionun strateji əhəmiyyətə malik bölgəyə çevrilməsinə zəmin yaradıb. Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsi, eyni zamanda bu yaxınlarda yeni prezidentin ölkəmizə gözlənilən səfəri Bakı ilə Tbilisi arasında nümunəvi münasibətlərin göstəricisidir. Amma Avropadakı qərəzli dairələr uğurlu Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi olan Orta dəhliz məsələsində Ermənistanın rolunu qabartmağa çalışır, Gürcüstanı isə görməzdən gəlir. “Halbuki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır” deyən dövlət başıçımız Aİ-ni Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərindən uzaq durmağa çağırdı. Çünki Aİ-nin bu prosesdəki fəaliyyəti destruktiv xarakter daşıyır. Bu mənada Avropa bürokratlarının yanaşması qəbuledilməzdir.
Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, cənab Prezident Bayden-Blinken Administrasiyasının qərəzli mövqeyini bir daha xatırlatdı. D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Aprel 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri