Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Forum iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

Forum iştirakçıları Prezidentə müraciət ünvanlayıblar

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Modern.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz Prezidentimiz!

Azərbaycanın hər bir regionunu təmsil edən VI Ümumrespublika Forumunun iştirakçıları olaraq, Sizə öz sevgimizi və ehtiramımızı çatdırırıq.

Bizə ünvanladığınız təbrik məktubuna görə Sizə dərin təşəkkürümüzü bildirir və gələcək fəaliyyətimiz haqqında inamdolu sözlərinizin bizi qürurlandırdığını ifadə etmək istəyirik.

Biz həqiqətən də çox xoşbəxtik ki, günü-gündən inkişaf edən, bütün dünyada nüfuzu daha da artan güclü, müstəqil, müasir və ən əsası zəfər qazanmış bir dövlətin övladlarıyıq. Bu gün təhlükəsiz və firavan mühitdə fiziki və mənəvi baxımdan sağlam böyüyür, milli ruhlu və vətənpərvər vətəndaş kimi formalaşaraq yaradılan bütün imkanlardan faydalanırıq.

Sizin bizə olan xüsusi diqqətinizi, verdiyiniz yüksək dəyəri və əvəzolunmaz qayğını hər addımda hiss edirik.

Cənab Prezident!

Biz həm də ona görə şanslıyıq ki, özümüzlə bağlı bütün proseslərdə, hüquqlarımızla bağlı qərarların qəbul edilməsində yaxından iştirak etmək imkanı əldə edirik. Bütün regionlarımızdan olan uşaqları bir araya gətirən Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunu ən müsbət təcrübə və ən yüksək platforma kimi qiymətləndiririk. Forumlarda bizi əhatə edən mövzular ətrafında müzakirələr aparır, uğurlarımızdan söhbət açır, dövlət qurumları qarşısında təkliflərlə çıxış edə bilirik. Bu baxımdan düşünürük ki, forumlar bütün dünya üçün bir nümunə rolunu oynayır.

Xüsusilə qeyd etməliyik ki, Sizin uğurlu xarici siyasətiniz nəticəsində ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim fəaliyyəti üzrə aparılan müzakirələrə uşaqlar və gənclər də cəlb olundu. Biz iqlim dəyişikliklərinin uşaqlara təsiri istiqamətində təşəbbüslərlə çıxış etmək imkanı əldə etdik.

Məhz bundan ilhamlanaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunu “Uşaqlar və ekologiya” mövzusuna həsr etməyimiz təsadüfi deyil. Forum zamanı dayanıqlı inkişafın təməl sütunlarından olan ekoloji proseslər ilə bağlı cəmiyyətə mühüm mesajlar ünvanlamaq bizim üçün də mütərəqqi bir təcrübə olacaqdır.

Əziz Prezidentimiz!

Bir daha bizə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan uşaqları adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Ümummilli liderimiz Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycanın daha da inkişafı üçün bütün bilik və potensialımızı ortaya qoyacağıq. Qalib dövlətin qürurlu yetirmələri kimi Azərbaycan uşaqlarını bütün platformalarda uğurla təmsil edəcək, ölkəmizə layiqli vətəndaş olmağa çalışacaq, üçrəngli bayrağımızı hər zaman uca tutaraq daim irəliyə aparacağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see395

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see311

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see263

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see235

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see234

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see229

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see227

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see226

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see223

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see220

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see218

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see207

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see207

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see202

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see195

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see178

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see177

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri