Icma.az
close
up
RU
Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar AZƏRTAC

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 yanvar, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri dini sahəyə göstərilən qayğıya, maddi-mənəvi dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.

Dövlətimizin başçısına ünvanlanan məktublarda Azərbaycan Prezidentinin rəhbərliyi ilə dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətindəki səmərəli fəaliyyət, milli və qlobal müstəvidə həyata keçirilən layihələr təqdir edilir. Prezident tərəfindən Azərbaycandakı dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində atılan əməli addımlar, dini konfessiyalara göstərilən diqqət və dəstəyin unikallığı vurğulanır.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev məktubunda hər il müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən yəhudi dini qurumlarına ayrılan maliyyə yardımının əhəmiyyətinə toxunaraq, ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətindəki işlərə görə dövlət başçısına təşəkkürünü bildirib.

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək yəhudilərin Azərbaycanda təhlükəsiz və tolerant mühitdə yaşadığını vurğulayıb.

Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan bütün yəhudilərin dini tələbatlarını yüksək səviyyədə həyata keçirdiklərini, dövlətin böyük diqqətini, qayğı və himayəsini hiss etdiklərini qeyd edib.

Ayrılan maliyyə yardımının protestant icmasının fəaliyyətinə töhfə olduğunu yazan Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov məktubunda ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini tolerantlıq mühitinin dünyada ən yaxşı nümunələrdən biri olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin xalqın milli-mənəvi dəyərlərinə göstərdiyi yüksək münasibət baxımından regionun lider dövləti olduğunu bildirərək Prezidentə alban irsinin inkişafına təkan olacaq dəstəyə görə minnətdarlığını ifadə edib.

“Vineyard Azərbaycan” Xristian dini icmasının sədri Emil Pənahov, Bakı şəhəri Alov Xristian dini icmasının sədri İdris Məmmədov, Bakı Krişna Şüuru dini icmasının rəhbəri Mahir Əhmədov, “Həyatverici Lütf” xristian dini icmasının rəhbəri Elşən Hüseynzadə, “Həyat sözü” Xristian dini icmasının rəhbəri Yusif Fərhadov, İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının rəhbəri Sergey Vasilyevig Kazakov, “Şərqdə Ulduz” Xristian dini icmasının sədri Oleq Dolivets, “Yeni Həyat” Xristian incil dini icmasının rəhbəri Lyudmila İbrahimova, Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili, Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Temuri Barixaşvili, Sumqayıt şəhəri Alov-Xristian dini icmasının sədri Murad İslamov, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri İsaqov Pisax, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri”

dini icmasının sədri Mahir Verdiyev, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmasının sədri Yusif Şərifov və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova tərəfindən dövlətimizin başçısına ünvanlanan təşəkkür məktublarında maliyyə yardımının yalnız icmalar üçün deyil, həm də cəmiyyətimizdə birlik və həmrəylik prinsiplərinin möhkəmləndirilməsi baxımından qiymətli olduğu qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri