Icma.az
close
up
RU
Forum iştirakçısı: Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir

Forum iştirakçısı: Azərbaycan ədalətli inkişaf məsələlərini prioritet hesab edir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Ədalətli inkişafı təmin etmək istəyiriksə, ilk növbədə, ikili standartları geriyə çəkmək və hamının bərabər imkanlara sahib olduğu bir dünya qurmaq məcburiyyətindəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu çərçivəsində təşkil olunan “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzulu paneldə Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi deyib.

O, Azərbaycanın zəngin təbii resurslara malik ölkə olduğunu bildirib: “Lakin bu ölkə öz səsini duyura bilməyənlər üçün daim çalışır və ədalətli inkişafı dəstəkləyir, Qlobal Cənub QHT Platformasının sədri olaraq ədalətli inkişaf məsələlərini prioritet hesab edir, bu sahədə mühüm təşəbbüsləri öz üzərinə götürüb. Ancaq bu gün reallıq ondan ibarətdir ki, az pulla çox iş görmək məcburiyyətindəyik. Bu isə bizi daha kreativ, daha çevik və daha birgə hərəkət etməyə sövq edir”.

Kamel Esseghairi əlavə edib ki, iqlim dəyişikliyi ilə bağlı məsələlərdə QHT-lərin rolu xüsusilə önəmlidir. Onların cəmiyyətlə birbaşa əlaqəsi, yerli səviyyədə yaratdıqları təsir və təşəbbüsləri dəstəkləmək qlobal dəyişikliklər üçün vacibdir.

“Eyni zamanda, yoxsulluğun azaldılması və səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması kimi fundamental problemlər hələ də qarşımızda durur. Biz bu problemlərin öhdəsindən yalnız birlikdə gələ bilərik. Bu məqsədlə hazırda Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu mühüm bir platformaya çevrilib. Biz burada sadəcə müzakirə etmirik, həm də birlikdə həll yolları axtarırıq, əməkdaşlıqlar qururuq və dəyişiklik üçün konkret addımlar atırıq”, - deyə Forum iştirakçısı vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri