Icma.az
close
up
RU
Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın Kerala ştatında nəsli kəsilməkdə olan nadir “Melanobatrachus indicus” amfibiyalar (qalaktik qurbağalar kimi tanınır) qrupu təbiət fotoqrafları ilə qarşılaşdıqdan sonra yoxa çıxıb. Heyvanların öldüyü ehtimal olunur.
Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Barmaq ucu böyüklüyündə olan bu kiçik canlıların özünəməxsus xallı rəngi var.
Alimlər onların dərisindəki naxışların zəhərli olması barədə xəbərdarlıq deyil, ünsiyyət vasitəsi olduğuna inanırlar. Onlar qurbağa qrupunda yeganə növdür və Hindistanın Kerala əyalətinin tropik meşələrində yıxılmış ağacların altında yaşayırlar.
 

London Zoologiya Cəmiyyətinin zooloqu Rajkumar K. P. izah edib ki, onların bəzəkli rəngləri ünsiyyət vasitəsi kimi xidmət edir.


2020-ci ilin əvvəllərində Rajkumar Qərbi Qat dağ silsiləsində bu növdən yeddisini aşkarlayıb. Lakin koronavirus pandemiyası səbəbindən o, yalnız xeyli müddətdən sonra ora qayıda bilib. O vaxta qədər qurbağalar yoxa çıxmışdı.
Belə ki, pandemiyanın yaratdığı fasilədən sonra o, əvvəlki yerində bir dənə də olsun qurbağa tapa bilməyib. Onların ətrafında yaşadığı ağac qırılmış və yerindən tərpənmiş, ətrafdakı bitki örtüyü isə tapdalanmışdı. Əvvəlcə o, qurbağaların yaşayış yerinin qəhvəyi manqus tərəfindən məhv edildiyini güman edib, lakin bu cür heyvanların ağacı yerindən tərpətməyə gücü çatmayıb. Daha sonra iztanıyanlar ona bir neçə kiçik fotoqraf qrupunun əraziyə baş çəkdiyini bildiriblər.
Araşdırma nəticəsində təbiət fotoqraflarının qurbağaların itkin düşməsinə səbəb olduğu ehtimal edilib.
Bu qrupları müşayiət edən iztapanların sözlərinə görə, onlar nadir amfibiyaları axtarmaq üçün yıxılmış ağacları çeviriblər. İddialara görə, fotoqraflar şəkil çəkmək üçün onları bir yerdən başqa yerə aparıblar. İztanıyanlardan biri fotoqrafların çox uzun müddət daşıdıqları iki qurbağanın ölümünün şahidi olduğunu bildirib.
 

Daha sonra qurbağaları qoruyucu əlcək taxmadan tutub "mükəmməl" şəkillər yaratmaq üçün onları başqa yerə aparıblar. Yəni qalaktik qurbağaların olduqca həssas olmasına və dəriləri ilə nəfəs almasına baxmayaraq, "təbiətşünaslar" həmin anda əlcək geyinməyibər. Bildirilir ki, onlardan ikisi eyni gündə insanlarla uzun müddət təmasda olduqları üçün ölüblər.


Bu kövrək heyvanlar dəriləri ilə nəfəs alır və xarici təsirlərə son dərəcə həssasdırlar. İddialara görə, fotoqraflar şəkil çəkmək üçün onları bir yerdən başqa yerə aparıblar. İztanıyanlardan biri fotoqrafların çox uzun müddət daşıdıqları iki qurbağanın ölümünün şahidi olduğunu bildirib.
"Meşə departamentinin rəsmiləri bu cür qrupların gəlməsinin qarşısını almağa çalışırlar. Lakin onlar şəkil çəkməyə icazə almaq üçün yüksək vəzifəli məmurlarla - siyasətçilər, ali məhkəmə hakimləri və digər şəxslərlə əlaqələrdən istifadə edirlər" – Rajkumar qeyd edib.



Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri