Həkimlər əməliyyat zamanı oyun oynayıb xəstənin ölümünə səbəb oldular
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın Kolorado ştatında həkimlərin əməliyyat zamanı məsuliyyətsiz davranışı faciə ilə nəticələnib. AzPost xəbər verir ki, 56 yaşlı kişi pasiyentə keçirilən katarakta əməliyyatı zamanı iştirak edən tibbi personal musiqili bingo oyunu oynayıb və xəstənin həyati göstəricilərindəki pisləşməni vaxtında fərq etməyiblər.
Hadisə ilə bağlı yayılan məlumatlarda bildirilir ki, əməliyyatı cərrah S. Stark Conson və anestezioloq Maykl Urban həyata keçiriblər. Onlar 1970–1980-ci illərin hitlərini tapmaqla məşğul olduqları vaxtda xəstənin vəziyyəti qəfil ağırlaşıb və təəssüf ki, həyatını itirib.
Məlum olub ki, Conson daha əvvəl də əməliyyat zamanı musiqi səsləndirirmiş. Lakin bu dəfə həmkarı ilə oyuna aludə olduğundan, kritik anı müşahidə edə bilməyib. Pasiyentin həyat yoldaşı məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə sənədlərində yalnız cərrah Consonun adı keçsə də, o, məsuliyyəti anestezioloq Urbanın üzərinə ataraq onun xəstənin vəziyyətinə nəzarət edən monitoru söndürdüyünü iddia edib. Urban isə bu ittihamları qəbul etməyib.
Tərəflər məhkəmə prosesinə qədər razılığa gəlib və detallar ictimaiyyətə açıqlanmayıb. Hadisə tibbi məsuliyyət və etik davranış məsələlərini bir daha gündəmə gətirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 İyul 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















