Fövqəladə hallar naziri Xaçmaz və Şabranda sakinləri dinləyib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 6-da Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin binasında Xaçmaz və Şabran rayonlarının sakinləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə nazir Kəmaləddin Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Xaçmaz və Şabran sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Prezidentə minnətdarlıq ediblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 07 Dekabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















