IDEA Xaçmaz və Şabranda növbəti ağacəkmə aksiyaları təşkil etdi
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Xaçmaz və Şabran rayonlarında təşkil edilib.
Qaynarinfo xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində 1500-dən çox Eldar şamı, palıd və iydə ağacları əkilib. Həmçinin Şabran rayonunun Çayqaraqaşlı kəndində keçirilən aksiya zamanı 700-dən çox Eldar şamı, tuya və sərv ağacları əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu”nun ("Yaşıl Marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. "Yaşıl Marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















