Icma.az
close
up
RU
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından 19 il ötür.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Geridə qalan 19 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasını uğurla təmin edib.

FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil məktəbləri ilə müqavilələr bağlanıb. Bundan başqa Prezidentin müvafiq Sərəncamı ilə 2008-ci ildə FHN Akademiyası yaradılıb. Akademiya Nazirliyin zəruri maddi-texniki bazası ilə təmin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev FHN-in maddi-texniki bazasının gücləndirilməsi, ən müasir texnika, avadanlıq və mexanizmlərlə təchiz olunmasına xüsusi diqqət göstərir. Dövlət başçısı 2022-ci il dekabrın 9-da işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla tanış olub. Azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” və “İveco” markalı olmaqla 150 yanğınsöndürən avtomobil alınıb.

Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah-avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Bu ilin 9 ayı ərzində respublika ərazisində 12 183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2 faiz azdır. Nazirliyin xilasediciləri 108 nəfəri xilas edib, 914 nəfər təxliyə olunub. Nazirliyin əməkdaşları dəfələrlə öz peşəkarlıqlarını nümayiş etdirməyi bacarıblar.

FHN ölkə daxilində göstərdiyi yüksək peşəkarlığı beynəlxalq səviyyədə də göstərir. Buna nümunə kimi, son dövrlərdə FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin ölkə xaricində həyata keçirdiyi tədbirləri göstərmək olar.

Ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş, Hatay və digər şəhərlərində fəaliyyət göstərib. Həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunub.

Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə kömək göstərilməsi məqsədilə 2021-ci ildə, habelə 2024-cü il avqustun 18-dən FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib, təyyarə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib və meşə yanğınlarının tam söndürülməsinə nail olub.

İsrail Dövləti Hökumətinin müraciəti əsasında da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Noyabrın 27-də təyyarə əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

FHN-in strukturları Vətən müharibəsi zamanı Zəfərin qazanılmasına da öz töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən N saylı hərbi hissəsi yaradılıb. Məqsəd minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsidir. Eyni zamanda nazirlik tərəfindən “GCS – 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən robotlar alınıb. Onlar işğaldan azad olunmuş rayonlarda minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur. Minalardan təmizlənməsi işlərini sürətlə davam etdirən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca əməliyyatlar aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri