Icma.az
close
up
RU
Fövqəladə hallar zamanı insanlar bunları edərsə...

Fövqəladə hallar zamanı insanlar bunları edərsə...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Fövqəladə hadisələr iki növə bölünür. Bunlar təbii və texnogen hadisələrdir. Təbii hadisələr təbiətin biləvasitə özündə yaranan dəyişikliklər səbəbindən baş verə bilən fövqəladə hallardır. Bunlar təbii fəlakətlər, qasırğa, şimşək çaxması, daşqınlar, sellərdir. Texnogen hallar isə insan fəaliyyəti nəticəsində baş verə bilən hadisələrə aid edilir. Bunlar yanğın, hər hansısa qəza, partlayış hadisələri sayılır. Bütün fövqəlada hallardan qorunmaq üçün önləyici tədbirləri və fövqəladə hallara hazırlıq məsələsi xüsusi əhəmiyyət kəsb edir". Bu sözləri açıəqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

Onun sözlərinə görə, əgər fövqəladə hallara hazırlı olsaq hər hansı baş verə bilən hadisə zamanı doğru-düzgün davranış qaydalarını sərgiləyərək həmən hadisədən minimum zərərlə qurtula bilərik. "Bu hadisələr yanğın, qəza partlayışları, zəlzələ hadisələri, təbii sel daşqınları, vulkan püskürmələri və s.olaraq geniş sıralamaq olar. Təbii fəlakətlərə hazırlıq məsələləri təhsil müəssisələrindən gündəmə gəlməlidir. Beləki məktəblərdə şagirdlərə təbii fəlakətlərə hazırlıq və təbii fəlakətlər baş verdikdə davranış qaydaları ilə bağlı xüsusi dərslər keçirilməlidir. Bu dərslər həm praktiki, həm də nəzəri həyata keçirilməlidir. İldə bir neçə dəfə fövqəladə və təbii fəlakətlərə hazırlıq çərçivəsində həyəcan siqnalları verilməli və şagirdlərin fövqəladə hallara hazırlıq səviyyəsi yoxlanılmalıdır. Bu tədris metodikası ali məktəblərdə də davam etdirilməli, bununla bağlı mütəmadi maarifləndirici və təbliğat xarakter daşıyan sujetlər kütləvi informasiya vasitələrində yayımlanmalıdır".

Ekspert həmçinin qeyd etdi ki, yaşayış binalarında zəlzələ və yanğın hadisələrinə hazırlıq çərçivəsində MTK rəhbərləri tərəfindən bütün müvafiq tədbirlər görülməli, yanğın təhlükəsizliyinə təyin olunmuş cavabdeh şəxslər tərəfindən mütəmadi yanğın söndürmə avadanlıqları və cihazlarının saz vəziyyətdə saxlanılması təmin olunmalıdır. "Həmçinin yaşayış binalarında mütəmadi olaraq sakinlərin maarifləndirilməsi üçün təlim məşğələləri təşkil olunmalıdır. Təlim məşğələlərində insanların təhlükəsiz və sağlam şəkildə təxliyyə olunmaları yoxlanılmalıdır. Fövqəladə hallara və hadisələrə hazırlıq çərçivəsində önləyici tədbirlərin görülməsi, insanlar tərəfindən təhlükələrin tanınması baş verən hadisələrdə minimum zərərlə qurtulmağa çox ciddi və təkan verici rol oynamaqdadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri