Icma.az
close
up
RU
Fövqəladə siyasi səfil...

Fövqəladə siyasi səfil...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mehdi Sübhani ad-soyadlı diplomat İrəvana Tehrandan göndərilib. Ancaq bilmək olmur, İranın Ermənistandakı səfiridir, yoxsa Ermənistanın Ermənistandakı səfiridir. Buna nə İran İslam Respublikası, nə də Mehdi Sübhani özü qərar verə bilməyib. Ancaq hər halda İran diplomatından çox, erməni urapatriotu kimi çıxış edir. Hərdən İranın da adını çəkir, "İranın milli maraqları" və sair bu kimi içində "İran" adı keçən cümlələr də qurur ki, şübhə doğurmasın.

İqtisadi Əməkdaşlıq Təşkilatının bir neçə gün əvvəl Xankəndində keçirilmiş 17-ci zirvə görüşünün yekun kommünikesini şərh edən Mehdi Sübhani Qaregindən daha artıq katalikos olmaq istəyən bir İranlı kimi danışıb. O deyib ki, bu kommünikedə ifadə olunan mövqe zirvə görüşünə sədrlik edən tərəfin - Azərbaycanın fikridir, İƏT üzvü olan dövlətlərin deyil. O, bu sənədin İranın milli maraqlarına zidd olduğunu iddia edib.

Bundan başqa Sübhani Ermənistandakı dədə-baba torpaqlarndan zorla deportasiya edilmiş Azərbaycanlıların öz yurdlarına ləyaqətli qayıdışı və bunu təmin etmək üçün Ermənistana çağırış ifadə edən müddəları da Ermənistana "ərazi iddiası" kimi qələmə verib və İranın da maraqlarına uyğun olmadığını bildirib.

Sübhani həmçinin bu il iyunun 21-22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasının qəbuı etdiyi yekun sənəddəki öz işini başa vurub. Həmin sənəddə ilk dəfədir, Xankəndi kommünikesində isə ikinci dəfədir ki, Ermənistandan zorla deportasiya olunmuş Azərbaycanlıların öz evlərinə dinc və ləyaqətli qayıdışı niyyət olaraq dəstəklənir, Ermənistanın öz keçmiş (ya da keçməmiş!) vətəndaşları ilə - Qərbi Azərbaycan icması ilə dialoqdan yayınması qınanılıb.

Məlum olduğu kimi, məlum İstanbul sessiyasında “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib və həmin sənəddə də İƏT üzv ölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunması qınaq doğurur.

Hər iki tədbirdə yekun sənədlər İran rəsmilərinin iştirakı və razılığı ilə qəbul olunub. Mehdi Sübhaninin sözlərindən belə çıxır ki, İran xarici işlər naziri Abbas Əraqçi İstanbulda, İran prezidenti Məsud Pezeşkian isə Xankəndində öz ölkəsinin - İranın milli maraqlarına zidd olan sənədə səs verib. Bu, tamamilə absurddur. Bu sənədlərdə Ermənistana ərazi iddiaları irəli sürülməsi haqda deyilənlər isə, sadəcə, cəfəngiyyatdır.

Azərbaycan türklərinin, eləcə də, müsəlman kürdlərin və başqa xalqların nümayəndələrinin Ermənisandan zorla deportasiya edilməsi təkzibolunmaz faktlardır və bunu İran da bilir. Əgər haqsız, əsassız yerə deportasiya olunmuş əhali varsa, deməli, onun dinc və ləyaqətli şəkildə geri qayıtmaq hüququ da var. İstanbul və Xankəndi sənədlərində Ermənstanın suveren ərazilərinin qoparılıb Azərbaycana birləşdirilməsindən deyil, Sovet dövründə Ermənistanda doğulmuş və yaşamış, Ermənistan Sovet Sosialist Respublikasının vətəndaşları olmuş şəxslərin və onların varislərinin Ermənstan hökuməti ilə dualoq yolu ilə geri - öz evlərinə qayıtmasından söhbət gedir. Bunun harası ərazi iddiasıdır?! Hələ üstəlik də İranın da maraqlarına niyə zidd oldu ki?!

Mehdi Sübhani bu cür antiAzərbaycan açıqlamaları ilə çoxdan məşhurdur. O da Avropa İttifaqının bədnam "Müşahidə Missiyası" kimi, hərdən gəlib, binoklla Azərbaycan sərhədlərinə, Azərbaycan ərazisinə uzaqdan baxır. Elə bu faktın özü artıq göstərir ki, Sübhani diplomatik etiketdən, insani əxlaqdan çox uzaq biridir. O, hələlik formal olaraq İran İslam Respublikasının Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ancaq əslində fövqəladə dərəcədə ədalətsiz siyasi səfildir.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri