Icma.az
close
up
RU
Fövqəladə və ədalətsiz səfir

Fövqəladə və ədalətsiz səfir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini öz X platformasında İranın xəritəsini yayıb. Oradakı Qərbi Azərbaycan vilayətini işarələyərək "Tək və yeganə" deyə yazıb. Öz aləmində Azərbaycana mesaj göndərib.

Məlumdur ki, hazırkı Ermənistanın Göyçə, Zəngəzur, Vedi, Dərələyəz mahallarını Azərbaycanda "Qərbi Azərbaycan" adlandırırlar. Həmin ərazilər, eləcə də, İrəvan şəhəri və bütövlükdə Ermənistanın bütün ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Hətta Gürcüstandan alınıb zamanında Ermənistana qatılmış Dağ Borçalısı - Loru-Pəmbək mahalı da Azərbaycanlılara məxsus tarixi ərazilərdir. Azərbaycanda "Qərbi Azərbaycan icması" deyə bir ictimai təşkilat da var. Adı üstündə: ictimai.

Hazırda o torpaqlarda Ermənistan yerləşir. Ancaq bu siyasi fakt həmin torpaqların tarixən Azərbaycana məxsus olduğu haqda gerçəyi dəyişmir. Bunu Fransız səfiri deyil, heç Fransa prezidenti də dəyişə bilməz.

Olivye Dekottini dəfələrlə Ermənistanla Azərbaycanın şərti sərhəddinə gəlib, o ərazilərdən ötən əsr boyu, xüsusilə, 48-53-cü illərdə və 80-ci illərin sonunda Ermənistandan zorla və kütləvi deportasiya olunmuş Azərbaycanlıların izlərini - boş qalmış evlərini, yurd yerlərini öz gözləri ilə görüb. Öz gördüyünü də danmaq, deyəsən, Fransa siyasətinin sağalmaz xəstəliyinə çevrilib.

Səfirə xatırlatmaq istərdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə İctimai Televiziyaya müsahibəsində bu məsələyə toxundu və Azərbaycanlıların Ermənistanın yerləşdiyi əraziləri "Qərbi Azərbaycan" adlandırmasını normal qarşıladığını göstərdi, öz xalqını da bu cür yanaşmağa çağırdı. O, Ermənistanda Türkiyə ərazisinin "Qərbi Ermənistan" adlandırıldığını da misal gətirdi.

Başqa sözlə, demək istədi ki, ermənilər türk torpaqlarına "Qərbi Ermənistan" dediyi kimi, Azərbaycan türkləri də Ermənistana "Qərbi Azərbaycan" deyir. Burda təəccüblü bir şey yoxdur.

Əlbəttə, burda da hiyləgər gediş var: Paşinyan Azərbaycanın və Türkiyənin əhalisinin şüurunda "Qərbi Ermənistan" anlayışına ictimai legitimlik qazandırmağa, bu anlayışı normallaşdırmağa çalışır. Eyni zamanda "Qərbi Azərbaycan" termininin öz cəmiyyətində yaratdığı qıcığı da aradan qaldırmaq istəyir. Çünki Ermənistan müxalifətinin Paşinyana qarşı istifadə etdikləri "arqument"lərdən biri budur ki, guya Azərbaycan dövləti "Qərbi Azərbaycan" adı altında Ermənistana ərazi iddiası irəli sürür, hökumət isə buna adekvat cavab verə bilmir.

Əslində isə tam əksidir: Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları qaldırıb və bunu öz Konstitusiyasında, qanunlarında rəsmən təsbit edib. Azərbaycanın və Türkiyənin Konstitusiyalarında və qanunlarında Ermənistan ərazisini özününkü sayan heç bir müddəa, heç bir söz belə yoxdur.

Bir ölkənin cəmiyyətundə Ermənistanın bir neçə bölgəsinə "Qərbi Azərbaycan" deyilməsi daha təhlükəlidir, yoxsa Ermənistan dövlətinin Konstitisiyasında yazılan, hüquqi normalarda əks olunan ərazi iddiaları?!

Cavab sualın özündədir.

Fransanın Ermənistandakı səfirini, ümumiyyətlə, Fransanı bu məsələ belə çox narahat edirsə, əziyyət çəkib, xəritə tərtib etmək yerinə, Konstitusiyadan öz qonşularına qarşı ərazi iddialarını çıxarması üçün Ermənistan hökumətinə təsir etsin. Həm də ona görə ki, Ermənistanın əsasız ərazi iddiası irəli sürdüyü qonşularından biri - Türkiyə həmin Fransanın NATO üzrə hərbi-siyasi müttəfiqidir. Sabah-birisigün Ermənistan öz iddiasını özünün xəyali xəritəsinə görə real ərazi üzərinə köçürməyə qalxsa, bu, Türkiyə ilə müharibə deməkdir. Ermənistanla Türkiyə arasında mümkün müharibənin nəticəsi isə bəri başdan məlumdur. Belə bir halda Fransa çətin vəziyyətdə qalacaq; aydındır ki, öz kiçik "bacısı" Ermənistanı Türk hərb maşınından qoruya bilməyəcək. Hələ onu demirəm ki, Fransanın NATO üzvü kimi Türkiyənin yanında olmaq öhdəliyi də var.

Odur ki, rəsmi Parisin, o cümlədən, İrəvandakı fransız səfirin Ermənistanda görməli olduğu birinci iş bu ölkənin Azərbaycanla və Türkiyə ilə münasibətlərini tez bir zamanda nizamlamasına nail olmaqdır. Çünki hər hansı bir yeni hərbi qarşıdurma yaranarsa, Azərbaycan və Türkiyə yaxında, Fransa isə çox, həm də lap çox uzaqdadır. Vaxtında özünü çatdırmaya bilər.

İrandakı Qərbi Azərbaycan vilayətinə gəlincə, bu, rəsmi Tehranın da yeritdiyi antitürk siyasətindən irəli gəlir. Fransa səfirinin Ermənistanı "qorumaq" üçün İran xəritəsinə sığınmağı da bu üzdən təsadüfi deyil; rəsmi Paris də eynilə türkofobiya xəstəliyindən əziyyət çəkir. Həm də çox əziyyət çəkir.

İranda Azərbaycan türklərinin sayı Şimali Azərbaycandakından dəfələrlə çoxdur və biz türklərin yaşadığı həmin əraziləri "Cənubi Azərbaycan" adlandırırıq. Dövlət səviyyəsində yox, cəmiyyət olaraq. İran isə məlum məqsədlərlə Cənubi Azərbaycanlıları 6 ostana (vilayətə) bölüb. Onlardan biri də Qərbi Azərbaycan vilayətidir. Bunun Ermənistan ərazisindəki tarixi Qərbi Azərbaycan torpaqlarına heç bir dəxli yoxdur. Fransa səfiri bunu bilməmiş deyil.

Statistikaya görə, Fransa əhalisinin 51 faizi katolikdir. Yəni cəmiyyətin yarısı. Bilmirəm, Olivye Dekottini bu 51 faizin içindədir, yoxsa 49 faizin. Hər halda Roma Papasından daha çox katolik olduğunu görməmişik. Qriqoryan kilsəsinin katalikosundan daha çox Qriqoryan olub-olmadığını da bilmirik. Ancaq Nikol Paşinyanın özündən də daha çox ermənilik etməyə çalışdığı göz qabağındadır.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri