“Frank Peloni cəzalandırılmalı və Azərbaycanı tərk etməlidir” Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən biz burada sakit şəkildə aksiyamızı keçirirdik. Ancaq Frank Peloninin köməkçiləri, mühafizəçiləri haqsız olaraq buna mane olmaq istədilər və bizə müxtəlif dərəcəli çoxlu xəsarətlər yetirdilər. Bununla da Peloni öz əqidəsini və bizim xalqa bəslədiyi çirkin münasibətini ortaya qoydu, özünü ifşa etdi.
Yenicag.az xəbər verir ki, bu sözləri noyabrın 17-də Bakıda Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən ABŞ konqresmeni Frank Peloniyə qarşı keçirilən etiraz aksiyasında iştirak edən “Sosial-iqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.
“Azərbaycanın vətəndaşına nifrət edən, zorakılıq edilməsi əmrini verən belə bir şəxsin Azərbaycanda qalmasını, ən mötəbər tədbirində iştirakını qəbul edə bilmərik. O, cəzalandırılmalı və Azərbaycanı dərhal tərk etməlidir”, – deyə aksiya iştirakçısı qeyd edib.
Xəsarətləri və qarşılaşdıqları zorakılıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildirən Rəhilə Mehtiyeva səbəbkarların yaxın zamanda mütləq cəzalanacağına ümidvar olduğunu söyləyib./Azertag/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Noyabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















