Fransa Avropanın digər ölkələrində nüvə silahı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Fransanın Avropa təhlükəsizliyi və nüvə çəkindirmə strategiyası ilə bağlı növbəti planları məlum olub. Rəsmi Paris digər Avropa dövlətlərinin ərazisində öz nüvə arsenalını yerləşdirmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, Fransanın nüvə çəkindirmə planı Avropa ölkələrində birbaşa silah yerləşdirməyi deyil, daha çox Fransa qırıcıları üçün hava məkanından, hərbi bazalardan və yanacaqdoldurma imkanlarından seçici şəkildə istifadə edilməsini nəzərdə tutur.
Məlumatda həmçinin qeyd olunur ki, rəsmi Paris NATO-nun mövcud nüvə əməkdaşlığı modelinə bənzər bir tərəfdaşlıq formatını da nəzərdən keçirmir. Bu səbəbdən Fransanın öz nüvə strategiyasında müstəqil hərəkət etmək xəttinə sadiq qalacağı diqqətə çatdırılır.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 30 May 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















