“Ölkədə üç futbolçu adı çəkin ki, Avropanın ortabab ölkələrində oynaya bilsin”
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərara görə, 2025/26 mövsümündən etibarən premyer-liqada legioner limiti ləğv olunacaq.
Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilir. Legioner limiti götürüləndən sonra klublar daha çox əcnəbi futbolçulara üstünlük verə bilər. Təbii ki, bu da yerli futbolçuların əsas heyətə düşməsini çətinləşdirəcək. Limitin götürülməsinin qızğın tərəfdarlarının əsas dəlili budu ki, belədə azərbaycanlı futbolçular karyerasını xaricdə davam etdirməyə can atacaq.
Ölkəmizdə bir çox tanınan komandada çıxış edən, Ukrayna və Rusiyada legioner həyatı yaşayan Samir Əliyevlə söhbətdə bu suallara cavab axtardıq: sizcə, limitin götürülməsi azərbaycanlı futbolçuların ölkə xaricinə kütləvi axınına şərait yaradacaqmı? Azərbaycanlı futbolçuların legioner həyatı yaşamağa həvəs göstərmədiyini deyən çoxdu. Doğrudanmı belədi? Belədisə, səbəbləri nədi?
Samir Əliyevin cavabı belə oldu:
“Qarabağ”ın yerli futbolçularından başqa ölkədə üç futbolçu adı çəkin ki, Avropanın “böyük beşlik” yox, ortabab ölkələrində oynaya bilsin. Bizdə o istedadlar varmı? Bu günə qədər kimləri yetişdirmişik ki, onlar ölkədən kənara çıxmaq istəmirlər? Düşünürlər ki ki, legioner limiti götürüldüsə, yerli futbolçular dərhal istedada çevrilib Avropaya yollanacaq. Yanlış fikirdi. Latviyaya, Qırğızıstana və Tacikistana gedə bilərlər. Bizdən zəif çempionatlara gedəcəklər. Necə ki, bundan əvvəl gedib, uzağı bir mövsüm oynayandan sonra qayıdıblar. Sanki ölkədə istedadlı futbolçular batıb gedir, çıxış yolu limiti götürməkdi”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















