Fransa Azərbaycan və Ermənistanın ATƏT in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransa Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir. Bu barədə SİA Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
XİN qeyd edib ki, Paris Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bakı - İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır.
"ABŞ-nin səyləri nəticəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımı göstərir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir", - XİN-dən vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 09 Avqust 2025 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















