Fransa Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Fransa Özbəkistanla əməkdaşlığını dərinləşdirərək Çin və Rusiyaya qarşı yeni strateji mövqe qurmağa çalışır. Uran, müdafiə və infrastruktur layihələri sahəsində təsirini artırmaq istəyən Paris, eyni zamanda, alternativ ticarət yolları yaratmağı da hədəfləyir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli yazar Mərd İnan bildirib.
"Fransa Prezidenti Emmanuel Makronun Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə ötən həftə Parisdə keçirdiyi görüş və imzalanan strateji əməkdaşlıq sazişi bu prosesə yeni təkan verib.
2018-ci ildə Mirziyayevin Fransaya səfəri ilə başlayan yaxınlaşma Makronun 2023-cü ildə Özbəkistana etdiyi səfərlə yeni mərhələyə qədəm qoyub. Makronun bu strateji manevrinin Asiyada güc balansını dəyişdirə biləcəyi bildirilir. Fransa Yaxın Şərqdə Livan və Suriya üzərindən təsir dairəsini genişləndirməyə çalışdığı kimi, Avrasiya və Orta Asiyada da yeni mövqe qazanmaq istəyir. Bu inkişafın bölgədə yeni gərginliklərə səbəb ola biləcəyi ehtimal edilir", - yazar qeyd edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Mart 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















