Icma.az
close
up
RU
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

Icma.az bildirir, Modern.az portalına istinadən.

Fransa hökuməti ölkənin Dənizaşırı ərazilərinə səfər etmək istəyən əcnəbilər üçün viza qaydalarını sərtləşdirir.

Bu barədə Modern.az-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Məlumatda bildirilib ki, Fransa öz ərazisində tətbiq olunan Şengen viza rejimindən fərqli olaraq, Dənizaşırı ərazilərə daha ağırlaşdırıcı giriş-çıxış və viza qaydaları tətbiq edir:

"Fransa qanunvericiliyinə əsasən, Avropadan kənarda yerləşən Dənizaşırı ərazilər - Qvadelup, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası) və Uollis və Futuna Şengen zonasının tərkibinə daxil deyil və Şengen vizasına malik olmaq, bir qayda olaraq, bu ərazilərə giriş üçün etibarlı hesab edilmir. Bu səbəbdən, viza tələb olunan əcnəbilər Dənizaşırı ərazilərə səfər etmək üçün ayrıca viza almalıdırlar".

Qeyd olunub ki, Fransa Dənizaşırı ərazilərdə viza rejimini sərtləşdirməsi ilə bu ərazilərdə törədilmiş müstəmləkə cinayətlərinin beynəlxalq səviyyədə ifşa olunmasının qarşısını almağa çalışır:

"Müstəmləkə ərazilərində yaşayan xalqların, yerli nümayəndələrin, media mənsublarının, tədqiqatçıların, hüquq müdafiəçilərinin və digər beynəlxalq iştirakçıların Dənizaşırı ərazilərə və həmin ərazilərdən beynəlxalq platformalara çıxışını əlavə viza və inzibati prosedurlardan asılı vəziyyətə salaraq, öz müstəmləkə cinayətləri və onun bu günədək davam edən nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını çətinləşdirir. Fransa bir tərəfdən bu əraziləri öz dövlət ərazisinin tərkib hissəsi kimi sayır, digər tərəfdən isə bu ərazilərə giriş-çıxışı və hərəkət rejimini "ayrıca hüquqi çərçivə" adı altında məhdudlaşdıraraq materik Fransa ilə Dənizaşırı ərazilər arasında inzibati fərqliliklər yaradır".

Diqqətə çatdırılıb ki, əlavə viza və giriş prosedurları turistlərin, investorların, sahibkarların, tədqiqatçıların və digər xarici iqtisadi və ictimai aktorların Dənizaşırı ərazilərə çıxışını çətinləşdirərək turizm gəlirlərinin, investisiya axınlarının, biznes əlaqələrinin və regional iqtisadi əməkdaşlığın genişlənməsinə maneələr yaradır:

"Bu məhdudiyyətlər xüsusilə kiçik və coğrafi baxımdan təcrid olunmuş iqtisadiyyatlar üçün xarici bazarlara çıxış imkanlarını zəiflədərək onların regional iqtisadi inteqrasiyasını məhdudlaşdırır. Nəticə etibarilə, Karib, Sakit okean və Hind okeanı regionlarında yerləşən Fransanın Dənizaşırı əraziləri öz coğrafi qonşuları ilə iqtisadi və ticarət əlaqələrinin dərinləşdirilməsi imkanlarından məhrum olur, əvəzində isə materik Fransadan maliyyə, ticarət və institusional asılılıqları daha da güclənir".

Məlumatda o da vurğulanıb ki, Fransa hökuməti BTQ əməkdaşlarına və onun xətti ilə Dənizaşırı ərazilərə səfər etmək istəyən şəxslərə viza verməkdən imtina edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri