Icma.az
close
up
RU
Dənizaşırı ərazilər Makronun kolonial siyasətinə qarşı: Etirazçılar yeni hökuməti rədd edirlər

Dənizaşırı ərazilər Makronun kolonial siyasətinə qarşı: Etirazçılar yeni hökuməti rədd edirlər

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa növbəti siyasi böhranla üzləşib. "Hər şeyi bloklayın" çağırışı ilə sentyabrın 10-da müxtəlif bölgələrdə başlayan etirazlar bütün ölkəni bürüyüb.

Etirazların miqyası Prezident Emmanuel Makronu sərt qərarların qəbuluna sövq edib - ölkə üzrə 80 min polis və jandarm bu etirazları yatırmağa yönəldilib. Hər bir bölgədə fərqli taktika və hədəflər olsa da, ortaq məqsəd hökumətin siyasətinə etiraz, xüsusilə, büdcə kəsintilərinə reaksiyadır.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, metropoliya ərazisində aksiyalara təxminən 200 min nəfər qatılıb, nəticədə 700-dək etirazçı saxlanılıb və 23-dən çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

"Hər şeyi bloklayın" hərəkatı və 2018-ci ildəki "sarı jiletlilər" üsyanı arasında paralellər aparılsa da, birinci bir qədər az strukturlaşdırılıb və yenicə - bu yay meydana gəlib. Buna baxmayaraq, onun populyarlığı artır. Əksəriyyət prezidentə qarşı xüsusi nifrət nümayiş etdirir.

İki böyük həmkarlar ittifaqı təşkilatı - CGT və SUD aksiyaları dəstəkləyib, daha geniş tətillər isə 18 sentyabr tarixinə planlaşdırılıb. Ipsos sorğusuna görə, fransızların 46 %-i hərəkatı dəstəkləyir.

Bu aksiyalar ölkə rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsidir və uzunmüddətli narahatlıq, dərin narazılıq dövrünün başlanğıcını anons edir.

Etirazlar məcrasını dəyişsə, islamofob və miqrantlara qarşı çevrilə bilər. İlkin əlamətlər də var. Məsələn, Paris və ətraf ərazilərdəki məscidlərin qarşısında doqquza yaxın donuz başı aşkarlanıb. Hadisə Fransada islamofob nifrətin və təxribatların təhlükəli mərhələyə keçdiyini göstərir. Baş verənlər Fransada islamofob nifrətin yeni və narahatedici bir mərhələyə keçməsi kimi qiymətləndirilir.

Hadisə ictimaiyyətdə və siyasi dairələrdə güclü reaksiya doğurub. "Əyilməz Fransa" (LFİ) hərəkatının rəhbəri Jan-Lük Melanşon hadisəni ölkədə sürətlə yüksələn islamofobiyanın növbəti nümunəsi kimi qiymətləndirib. Milli Birlik (RN) partiyasının nümayəndəsi Toma Menaje də bu hadisəni müsəlman vətəndaşlara qarşı dözülməz təxribat kimi təqdim edib.

Bu hadisə Fransa cəmiyyətində dini və milli birliyə qarşı yönəlmiş nifrət aktlarının nə qədər təhlükəli və incə planlaşdırıldığını bir daha göstərir.

"Əyilməz Fransa" hərəkatı hökumətin yeni başçısı Sebastyen Lekornu hökumətinə qarşı etimadsızlıq səsverməsi təqdim edəcəyini açıqlayıb. Hərəkatın rəhbəri Jan-Lük Melanşon isə bu təyinatı "Parlamentə hörmətsizlik" kimi qiymətləndirərək Emmanuel Makronun istefasını bir daha tələb edib.

Milli Birlik partiyasının lideri Marin Le Pen yeni təyinatı tənqid edərək bildirib ki, Prezident makronizmin son gülləsini atır. O, növbəti Baş nazirin Jordan Bardella olacağını proqnozlaşdırıb.

Dənizaşırı əyalətlər "koloniyalar naziri"nə qarşı

Etirazların səbəbləri sırasında Makron "əbədi kölgəsi" və sərt xətt tərəfdarı kimi tanınan Sebastyen Lekornunu yeni baş nazir təyin etməsi də var. Və bu narazılıq daha çox dənizaşırı ərazilərdə müşahidə olunub. Makronun "dəmir əli" müdafiə naziri vəzifəsində çalışmazdan əvvəl bu postu tutub. S.Lekornu həmin ərazilərdə xüsusi amansızlığı ilə seçilib, sərt qərarların qəbuluna çalışıb. Məhz bu səbəbdən indi həmin ərazilərdə etirazlar olub. Məsələn, Hind okeanında yerləşən Reyunyon adasında 800 nəfərə yaxın etirazçı avtomobil yollarını bağlayıb.

Etirazçılar arasında Reyunyon regional şurasının sədri Üqet Bello da olub. Aksiya nəticəsində biri azyaşlı olmaqla üç nəfər saxlanılıb. Növbəti mərhələdə Cənubi Amerikada yerləşən Fransız Qvianasında 20-yə yaxın şəxs Suzini dairəsində dinc etiraz keçirib, Karib hövzəsindəki Martinikdə isə 300-dən çox nümayişçi prefekturanın qarşısında korrupsiya, həkim çatışmazlığı və polis şiddəti hallarına diqqəti yönəldib. Son olaraq, Hind okeanında yerləşən Mayot adasında isə etirazlar yalnız simvolik xarakter daşıyıb, 11 nəfərdən ibarət müəllim qrupu məktəbin qarşısında toplaşaraq qısamüddətli aksiyadan sonra tədris fəaliyyətinə qayıdıb.

Sözügedən dənizaşırı ərazilərdə fəaliyyət göstərən siyasi partiyalar, xüsusilə müstəqillik tərəfdarı qüvvələr və onların rəhbərləri etiraz aksiyaları ilə bağlı hər hansı mövqe və ya rəy bildirməyib.

Yeni baş naziri "koloniyalar naziri" adlandıranlar bu təyinatın bölgədə siyasi gərginliyi daha da dərinləşdirəcəyini bəyan ediblər. Bildirilir ki, dənizaşırı ərazilərdə etirazların miqyasının məhdud qalmasının başlıca səbəblərindən biri həmin bölgələrdə siyasi mövqe zəminində həbs olunma risklərinin daha yüksək olmasıdır. Xüsusilə, Mayot, Qvadelup, Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi ərazilərin həbsxanalarında sıxlıq səviyyəsi əhali sayına nisbətdə daha yüksəkdir. Bu vəziyyət, Fransa hakimiyyətinin rəsmi ideoloji prinsipi olan "azadlıq, bərabərlik, qardaşlıq" devizinə baxmayaraq, siyasi təqib və həbsin hələ də real və aktual problem olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycan beynəlxalq həmrəyliyin səfərbər edilməsinə çalışır

Göründüyü kimi, Fransanı bürüyən etirazlar ölkə hüdudlarından kənara çıxıb və dənizaşırı vilayətlərdə də özünü göstərib. Makron hökuməti hər vəchlə həmin əraziləri nəzarətdə saxlamağa cəhd göstərsə də, səyləri nəticəsiz qalır. Önəmli olan həm də odur ki, bu ərazilərin azadlıq hərəkatı, müstəqilliyi dünya birliyinin də diqqət mərkəzində olmalı idi, təəssüf ki, bu məsələ kənarda saxlanılır.

Azərbaycan istisna olmaqla heç bir dövlət bu məsələdə mövqe və ya həmrəylik göstərmir. Azərbaycan müxtəlif səviyyələrdə bu məsələni gündəmdə saxlayıb - həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə. Neokolonializmə qarşı mübarizəni prioritet elan edən Bakı Təşəbbüs Qrupu bu məqsədlə müxtəlif beynəlxalq tədbirlər həyata keçirib, məsələnin aktuallığının saxlanılmasına çalışıb.

Məsələn, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub.

"Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər.

Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır", - deyə dövlət başçısı diqqətə çatdırıb.

Göründüyü kimi, fransadaxili siyasi böhran sürətlə keçmiş müstəmləkələrə, dənizaşırı ərazilərə yayılır. Makron hökumətinin də onların qarşısını almaq üçün atdığı repressiv addımlar nəticə vermir. Əksinə, narazılıqlar artmaqda davam edəcək.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri