Icma.az
close
up
RU
Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Fransa əhalisinin təxminən yarısı immiqrasiyanın təsirinə məruz qalıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 25 may, AZƏRTAC

Fransanın Milli Demoqrafik Tədqiqatlar İnstitutu (INED) tərəfindən aparılan araşdırma ölkə əhalisinin formalaşmasında immiqrasiyanın yaratdığı dərin dəyişiklikləri vurğulayıb. Uzunmüddətli dövrdə immiqrasiyanın dərindən təsir göstərdiyi bir cəmiyyət formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu nəticə INED-in “Trajectoires et Origines 2” adlı yeni tədqiqatının çərçivəsində verilib. Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) ilə birgə aparılan bu geniş araşdırma ölkədə əhalinin strukturunda immiqrantların yaratdığı dəyişikliklərin miqyasını göstərir. Tədqiqatın ilk nəticəsinə görə, yaxın gələcəkdə immiqrasiyanın əhalinin böyük hissəsinə təsiri olacaq. Tədqiqatçılara əsasən, əhalinin 41%-inin valideynləri, həyat yoldaşları immiqrantdır. Getdikcə daha çox nikahlar immiqrantlarla bağlanır.

18-59 yaşda əhalinin 13%-i immiqrant, 11%-i birbaşa immiqrant övladı, 10%-i isə üçüncü nəslə aiddir, yəni ən azı bir nənə və ya babası immiqrantdır. INED tədqiqatçısı Kris Bomşemin sözlərinə görə, hər üç nəfərdən biri mənşə baxımından immiqrantdır.

Araşdırma Fransada immiqrant mənşəyinin dəyişdiyini də göstərir. 18-59 yaşlı immiqrantlar arasında 32%-i Məqrib ölkələrindən, 28%-i Avropadan, 20%-i Sub-Sahara Afrikasından, 16%-i Asiyadan və 5%-i dünyanın digər bölgələrindən gəlir. Fransanın tarixi immiqrasiya axınlarına uyğun olaraq, daha yaşlı nəsillərdə avropalı immiqrantlar üstünlük təşkil etsə də, 25 yaşdan aşağı olanlarda Afrika mənşəli nəsillər artıq çoxluq təşkil edir.

Araşdırmanın digər mühüm nəticəsinə görə, yeni gələn immiqrantların təhsil səviyyəsi artmaqdadır. 1989-cu ildən əvvəl immiqrantların 29%-i Fransaya gəlməzdən əvvəl ali təhsil almışdısa, 2009-cu ildən sonra bu göstərici 53%-ə yüksəlib. Nəticədə bakalavriatdan yuxarı təhsil alanların payı artıq miqrasiya mənşəyi olmayan əhalidən də yüksəkdir.Tədqiqatçılar bunu seçim effekti ilə izah edirlər: Fransaya köçən şəxslər çox vaxt mənşə ölkələrinin ən savadlı təbəqələrindən olur.

INED tədqiqatçılarından Patrik Simonun sözlərinə görə, sosial-mədəni inteqrasiya kifayət qədər güclü şəkildə baş verir. Qarışıq nikahlar da bunu təsdiqləyir: immiqrant övladlarının yarısının bir valideyni immiqrant deyil. Sonda qeyd olunur ki, immiqrantların təxminən beşdəbiri Fransada olduqları müddətdə müəyyən dövrdə sənədsiz statusda olduqlarını bildirib. Bu isə ölkənin deportasiya və miqrasiya nəzarəti siyasətinin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xatırladaq ki, IFOP-un aprel ayında keçirdiyi sorğuya görə, fransızların 60%-i əhalinin mənşəyinin dəyişməsi fikrini səsləndirir və 66%-i bu barədə narahatlıq ifadə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri