Icma.az
close
up
RU
Azərbaycan əhalisinin yarısı əmək cəbhəsindədir

Azərbaycan əhalisinin yarısı əmək cəbhəsindədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

2025-ci il mayın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 323,3 min nəfər olub. Onlardan 5 milyon 39,6 min nəfərini məşğul əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 774,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 894,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 743,4 min nəfər çalışıb.

Komitənin məlumataına əsasən, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 6,6 faizi tikintidə, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin isə 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3 faizi istirahət, əyləncə və incəsənət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 2 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi üzrə çalışıb.

2025-ci ilin ilk rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətinə dair verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2067 nəfər təşkil edib. Onlardan 41,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 8,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,6 faizi mədənçıxarma sənayesində, 5,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 22,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Bu ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135,8 saat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see395

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see244

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see242

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see225

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see225

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see224

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see224

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see222

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see221

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see220

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see214

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see212

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see203

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see201

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see200

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see199

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see198

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see193

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri