Fransa erməniləri Paşinyana qarşı: diasporu zəiflədirsən
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CAFF) katolikos II Qaregin barəsində açılmış cinayət işi ilə bağlı mövqeyini açıqlayıb.
Modern.az xəbər məlumatına görə, CCAF-ın bəyanatında bildirilir ki, bütün ermənilərin Katolikosunun fəaliyyətinə qiymət vermək yalnız ruhanilərin səlahiyyətinə daxildir, hazırda baş verənlər isə siyasi xarakterli kampaniyadır.
Qeyd olunur ki, bu kampaniya bütün xalqı, vətəndən tutmuş diasporaya qədər zəiflədir, onun daxilində yalnız düşmənlərin sevinə biləcəyi çat yaradır. Bu isə erməni milli kimliyinin əsas sütunlarından birinə vurulan yolverilməz zərbədir.
Təşkilat Erməni Apostol Kilsəsinin patriarxı II Qareginə sədaqətini bir daha təsdiqləyib, eyni zamanda Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti getdikcə “tarixin ən qaranlıq səhifələrini” xatırladan anti-kilsə kampaniyasını dərhal dayandırmağa və əvvəllər qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 16 Fevral 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















