Icma.az
close
up
RU
Fransa ilə Mali arasında gərginlik: Saxlanılan fransız vətəndaşı diplomatik statusa malikdir

Fransa ilə Mali arasında gərginlik: Saxlanılan fransız vətəndaşı diplomatik statusa malikdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paris, 18 avqust, AZƏRTAC

Fransa Xarici İşlər Nazirliyi Malidə saxlanılan və ölkənin institutlarını destabilizə etməkdə ittiham olunan fransız vətəndaşına qarşı irəli sürülən iddiaları əsassız adlandırıb. Fransız mətbuatının məlumatına görə, saxlanılan şəxs Fransanın Bamakodakı səfirliyinin əməkdaşıdır.

AZƏRTAC xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Fransa hökuməti bu məsələ ilə bağlı Mali hakimiyyəti ilə dialoqu davam etdirir və səfirlik əməkdaşının dərhal azad olunmasını tələb edir. Saxlanılan şəxsin kimliyi hələ açıqlanmasa da, Paris onun diplomatik statusunu vurğulayır ki, bu da məsələyə beynəlxalq hüquq baxımından xüsusi həssaslıq gətirir.

Bu hadisə Fransa və Mali hakimiyyətləri arasında gərginliyin artdığı bir dövrdə baş verir. Rəsmi Bamako mütəmadi olaraq Fransanı siyasi müdaxilədə ittiham edir.

Xatırladaq ki, Mali keçid hökuməti cari il avqustun 1-də respublika institutlarının sabitliyini pozmağa çalışan bir şəbəkənin ifşa edildiyini və bəzi şəxslərin saxlanıldığını açıqlayıb. Bu barədə Mali təhlükəsizlik və mülki müdafiə naziri, eyni zamanda, müdafiə nazirinin vəzifəsini müvəqqəti icra edən general Daud Ali Mohammedi televiziyada çıxış edib.

Bildirilir ki, saxlanılanlar arasında Fransa kəşfiyyat xidməti adından fəaliyyət göstərən Vizilye Yann adlı fransız vətəndaşı da var. Onun siyasi liderləri, vətəndaş cəmiyyətinin üzvlərini, eləcə də briqada generalları Abbas Dembeleni və Nema Saqaranı prosesə cəlb etdiyi iddia olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri