Icma.az
close
up
RU
Fransa İrana hərbi müdaxilənin mümkün risklərindən narahatdır Baro xəbərdarlıq etdi

Fransa İrana hərbi müdaxilənin mümkün risklərindən narahatdır Baro xəbərdarlıq etdi

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 18 mart, AZƏRTAC

İranda hər hansı məcburi xarici hərbi müdaxilə ölkənin parçalanmasına səbəb ola bilər. Bu vəziyyət regional qeyri-sabitlik, miqrasiya dalğaları, terrorizmin yenidən güclənməsi və xarici müdaxilələrlə nəticələnər.

AZƏRTAC xəbər verir ki, bu barədə danışan Fransanın xarici işlər naziri Jan-Noel Barro Berlində keçirilən “Europa 2026” konfransında almaniyalı həmkarı Yohann Vadeful ilə birlikdə çıxışı zamanı Fransanın əsas prioritetlərini də açıqlayıb. “Bu prioritetlər regiondakı vətəndaşlarımızın və aktivlərimizin təhlükəsizliyi, tərəfdaşlarımızın qorunması və Hörmüz boğazında naviqasiya azadlığının bərpasıdır. Livan məsələsi də gündəlikdə əsas yer tutur”, - deyə nazir bildirib.

Hörmüz boğazı ilə bağlı Baro beynəlxalq naviqasiya təhlükəsizliyi missiyasının yaradılmasını təklif edib. O bildirib ki, bu təşəbbüs Qırmızı dənizdə fəaliyyət göstərən Avropa ASPIDES missiyasına bənzər şəkildə həyata keçirilə bilər. Bu missiya iki il ərzində 600-dən çox gəminin təhlükəsiz keçidini təmin edib.

Fransanın xarici işlər naziri ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlmiş təhdidlərinə də toxunub. Bildirib ki, Vaşinqtonun Avropa ölkələrinin hərbi xərclərini artırması ilə bağlı təzyiqləri əslində bir imkandır. Onun fikrincə, bu, NATO daxilində Avropanın rolunun gücləndirilməsi və alyansın daha çox avropalaşdırılması üçün şərait yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri