Avropa İttifaqı İrana qarşı hərbi əməliyyatlardan narahatdır
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının rəhbərliyi, İranda baş verən hadisələrdən dərin narahatlıq ifadə edib.
Modern.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Koşta bildiriblər ki, nüvə təhlükəsizliyinin təmin olunması və gərginliyi daha da artıracaq hərəkətlərin qarşısının alınması həyati önəmə malikdir.
Qeyd edilib ki, Avropa İttifaqı İranın və İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətinə cavab olaraq genişmiqyaslı sanksiyalar tətbiq edib və nüvə və ballistik proqramlarla bağlı məsələlərin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səyləri davam etdirir.
Rəhbərlik bütün tərəfləri maksimum ölçüdə təmkinli olmağa, mülki əhalini qorumağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırıb.
Baxış sayı:117
Bu xəbər 28 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















