Icma.az
close
up
RU
Fransa İrəvanla strateji ortaq olur absurd bəyanat

Fransa İrəvanla strateji ortaq olur absurd bəyanat

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jan-Noel Barro Azərbaycanın iki şərtini sülh sazişinin imzalanmasına əngəl kimi qiymətləndirir

Ermənistan və Fransa mövcud strateji münasibətləri sənədləşdirməyi planlaşdırır. Bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, strateji tərəfdaşlıq bir neçə onilliklər ərzində, o cümlədən müdafiə sahəsində yeni proqram və layihələri əhatə edəcək.

Fransa xarici işlər naziri mətbuat konfransında təxribatçı “Azərbaycanın mümkün eskalasiyasını istisna etmək üçün Fransanın hansı addımlar atacağı” ilə bağlı suala diplomata yaraşmayan soyuqqanlı cavab verməyib, ya da bunu istəməyib. Doğrudur, nazir öncə deyib ki, Paris Ermənistan hakimiyyətinin Azərbaycanla sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Lakin sonrakı açıqlaması yenə də Bakını ittiham etməyə yönəlib. “Biz sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayırıq və Azərbaycanı onu imzalamağa çağırırıq. Bu sənədin imzalanması vacibdir, çünki bu region Avropa üçün mühüm kommunikasiya qovşağıdır”, - Barro qeyd edib.

Fransalı nazir yaxşı bilir ki, nə sülhə çağırış, nə də sülh sazişinin imzalanmasında Bakının heç bir məsuliyyəti yoxdur. Yəni çağırış ediləcək tərəf Azərbaycan deyil, Ermənistandır. Aydındır ki, rəsmi Paris sülh sazişinin imzalanmasına əngəl olan amilləri Azərbaycanın “şərti” kimi dəyərləndirir. Azərbaycan tərəfi tələb edir ki, Ermənistan Konstitusiyasında bizə qarşı torpaq iddiasını aradan qaldırılsın. Azərbaycanın digər tələbi münaqişənin həllinə müvəkkil olan Fransanın həmsədrlərindən biri olduğu ATƏT-in bədnam Minsk Qrupunun buraxılmasıdır. Bütün mənfi tərəfləri bir yana, artıq münaqişə bitibsə, sülh müqaviləsi bağlanmasının astanasındayıqsa, mövcud olmayan “münaqişənin” həlli üçün yaradılmış Minsk Qrupunun saxlanmasına nə ehtiyac var? Danışıqlar zamanı şərtin haqlı olduğunu erməni diplomatlar da təsdiqləyir. Lakin İrəvan deyir ki, Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanması eyni vaxtda həll edilsin. Yəni Jan-Noel Barrot çağırışın ünvanını səhv salıb - Azərbaycan deyil, Ermənistana bu məzmunda çağırış etməlidir. Əgər Fransa sülh sazişinin imzalanmasında səmimidirsə, Barrot öz yaxın müttəfiqi olan Ermənistan hakimiyyətinə ağıllı olmağa çağırış etməlidir.

“Fransa Azərbaycanın haqlı tələblərinə hörmətlə yanaşmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, Fransa xarici işlər naziri sözügedən mətbuat konfransında Azərbaycanın sülh prosesinə mane olduğunu iddia edərək, sülh sazişinin imzalanmamasında Bakının məsuliyyət daşıdığını bildirib. K.Bayramov əlavə edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalanması istiqamətində irəli sürdüyü əsas tələblərdən biri də ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir: “Ermənistan hökuməti də bu məsələyə dair mövqeyini açıqlayıb. Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirmişdi ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməyi nəzərdən keçirir. Bununla belə, Ermənistan tərəfi bu addımı sülh sazişinin imzalanması ilə eyni vaxtda həyata keçirməyi təklif edir. Bu yanaşma isə Azərbaycanın tələblərinin yerinə yetirilməsini gecikdirə bilər. Bu kontekstdə, Fransa xarici işlər naziri Jan-Noel Barro’nun Azərbaycanın sülh prosesinə mane olması barədə söylədiyi ittihamlar rəsmi Bakının mövqeyinə ziddir. Əgər Fransa həqiqətən sülh sazişinin imzalanmasında səmimidirsə, Ermənistan hakimiyyətini bu məsələlərdə konstruktiv addımlar atmağa çağırmalıdır.

Azərbaycan hesab edir ki, bu tələblər sülhə nail olmağın ən optimal yoludur və bu məsələlərdə çağırış ediləcək tərəf Ermənistan olmalıdır. Fransanın bu mövqeyi Azərbaycanın sülh prosesi üçün göstərdiyi səylərə qarşı qərəzli yanaşma kimi qiymətləndirilir və bu cür yanaşmaların bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilir".

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Fransanın Ermənistana açıq dəstək verməsi hər kəsə bəllidir: “Bu gün Fransa Ermənistana açıq himayədarlıq edir. Bütün gücü ilə silahlandırır, diplomatik dəstək verir. Burada qeyri-adi nə var ki? Biz unutmamalıyıq ki, dünyada güclü erməni diasporası Fransadadır. Daha sonra ABŞ və digər ölkələr gəlir. Makronun özünün də Ermənistana böyük bir sevgisi var. İndi isə Fransa mövcud strateji münasibətləri sənədləşdirməyi planlaşdırır. Fransa ilə strateji tərəfdaşlıq bir neçə onilliklər ərzində, o cümlədən müdafiə sahəsində yeni proqram və layihələri əhatə edəcək. Bütün bunlar Azərbaycana təzyiq üçün atılan addımla yanaşı, həm də Cənubi Qafqazda Fransanın mövcudluğuna hesablanmış addımdır. Fransa xarici işlər naziri Jan-Noel Barrot yalan danışır. Paris Ermənistan hakimiyyətinin Azərbaycanla sülh razılaşmasına nail olmaq səylərini dəstəkləmir. Paşinyan hakikiyyətinə məsələhət görür ki, özünü sülhə razı kimi göstər, əslində isə prosesi uzatmaq lazımdır, müəyyən müddətə qədər. Azərbaycan ilk gündən sülhə hazır olduğunu bəyan edib. Bizi nəyə çağırır? Fransanın XİN rəhbəri gülünc bəyanat verir. Sülh mane olan elə Fransanın özüdür. Fransanın həmsədrlərindən biri olduğu ATƏT-in bədnam Minsk Qrupunun buraxılmasını istəmir. Bunun Ermənistana ziyan verəcəyini düşünürlər. Onsuzda Minsk Qrupunun saxlanmasına heç bir ehtiyac yoxdur. Bu qurum çoxdan ölüb. İrəvan Azərbaycanın tələbinə görə deyir ki, Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanması eyni vaxtda həll edilsin. Olsun, lap yaxşı. Yəni Jan-Noel Barrotun çağırışının Azərbaycana heç bir adiyyəti yoxdur. Fransanın Ermənistanı pulsuz silahlandırması bir daha əməl də sülhün əleyhinə olduğunu, sadəcə, utanmadan bu cür bəyanatlar verməkdə məqsədli olduğunu göstərir. Ermənistan cəmiyyəti ağlını başına yığıb doğru qərar verməlidir. 44 günlük vətən müharibəmizdə 30 il Ermənistanı silahlandıran Rusiyanın neytral qalmağından dərs götürməlidilər. Sabah müharibə yenidən baş versə, heç kim gəlib Ermənistanın yerinə vuruşmayacaq. O zaman Azərbaycanın Dəmir Yumruğu Ermənistanın başını növbəti dəfə əzəcək. Ermənilər gələcək nəsillərini düşünsün, sülh və sabitlik şəraitində Azərbaycanla normal əlaqələrin yaranmasını düşünməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see351

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see274

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see241

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see240

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see236

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see229

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see228

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see221

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see217

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see216

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see207

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see192

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see181

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see180

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see179

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see171

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri