Icma.az
close
up
RU
Fransa kimi imperialist ölkələr regionda münaqişələrin bitməsini istəmirlər Analitik

Fransa kimi imperialist ölkələr regionda münaqişələrin bitməsini istəmirlər Analitik

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Hər iki ölkə sənədin mətninin razılaşdırıldığını bildirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Ermənistanın sülh müqaviləsi mətnində razılaşdırılmamış iki maddə ilə bağlı Bakının tələblərini qəbul etdiyini açıqlayıb.

Dünəndən başlayaq müxtəlif ölkələrin liderləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması xəbərinə münasibət bildirir, bunu alqışlayan bəyanatlar yayımlayırlar.

Avropa İttifaqı Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı Ermənistan və Azərbaycanın müvafiq bəyanatlarını alqışlayıb.

Fransa Prezidenti Emmanuel Makron da  Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb. Fransa lideri "X" sosial şəbəkə hesabında paylaşım edib. "Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur", - o qeyd edib.


Siyasi ekspert Sona Əliyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı iki standartlarla əhatə edilmiş mövqeləri artıq bizi təəccübləndirmir: 


“Əslində Fransa kimi imperialist ölkələr Güney Qafqazda münaqişələrin bitməsini istəmirlər.  Onu yenidən alovlandırmağa çalışırlar. Elə Ermənistanın silahlandırılması da bu məqsədi daşıyır. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi gələn ilin yayına qədər imzalanacaq. Çünki Ermənistan mövcud konstitusiyaya dəyişikliklər etməlidir.  Bunun üçün işğalçı ölkədə referendum keçirilməlidir.  İndiki məqamda bu Fransanın və bir sıra Qərb ölkələrinin maraqlarına uyğun deyil.  Onlar münaqişənin natamam həllini istəyir.  Buna görə də yarımçıq və "quru" bəyanatlar verirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see159

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see157

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see155

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see149

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see148

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see137

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see132

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see122

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see122

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see122

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see120

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see119

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see119

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri