Icma.az
close
up
RU
Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir

 

“London regional güc balansında daha çevik və təsirli oyunçuya çevrilmək üçün siyasi, iqtisadi və təhlükəsizlik alətlərindən maksimum şəkildə yararlanmağa çalışır”

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib. Bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb. Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub. Məlumatda qeyd olunub ki, bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın dayanıqlığının artmasını təcəssüm etdirir, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək. Xatırladaq ki, Böyük Britaniya bu ilin martında Azərbaycana da hərbi attaşe təyin etmişdi. Bununla yanaşı, dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koaker Azərbaycanda səfərdə olub. Dövlət başçısı tərəfindən qəbul edilən qonaq ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a açıqlamasında deyib ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Cənubi Qafqaz üzrə maraqlarını təmin etmək üçün Azərbaycanla əməkdaşlığa daha ciddi önəm verir. Ekspert vurğulayıb ki, Cənubi Qafqazda Böyük Britaniyanın maraqları həm də İran və Rusiya faktoru ilə bağlıdır:

"İngiltərə bütün imkanları ilə Rusiyanın və İranın regiona təsir imkanlarının azalması istiqamətində aktiv fəaliyyət göstərir. Eyni zamanda, London regional güc balansında daha çevik və təsirli oyunçuya çevrilmək üçün siyasi, iqtisadi və təhlükəsizlik alətlərindən maksimum şəkildə yararlanmağa çalışır. Digər vacib maraq isə Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışları təhlükəsizlik zolağına çevirmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu, yaşıl enerjiyə keçidində oynadığı mövqeyi strateji tərəfdaşlıq çərçivəsində daha da gücləndirmək, BP şirkətinin nəhəng maraqları kontekstində inkişaf etdirməkdən ibarətdir. Bu, xüsusilə qlobal enerji keçidi fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi önəmini artırır. Bütün sadalanan maraqların təmin edilməsi üçün isə Böyük Britaniyaya regionda sülh lazımdır. Odur ki, bu ölkə Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşması və sülh sazişinin bağlanması istiqamətində birbaşa olmasa da, müəyyən mənada iştirak edir, hər iki dövlətlə münasibətlərini saxlayır. London üçün davamlı sülhün təmin edilməsi həm regional sabitliyə, həm də enerji və nəqliyyat layihələrinin təhlükəsizliyinə birbaşa təsir göstərdiyi üçün prioritet hesab olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri