Icma.az
close
up
RU
Fransa kimi komandalara qarşı oynamağın özü motivasiyadır Ayxan Abbasov

Fransa kimi komandalara qarşı oynamağın özü motivasiyadır Ayxan Abbasov

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Futbolçularım mübarizədən çəkinməyəcəklər. Bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir bir məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandalara qarşı oynamağın özü motivasiyadır".

- Matçla bağlı düşüncəniz necədir?

- İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Belə oyunlarda gərginlik olur, futbolçulara təzyiq də olur. Çalışırıq ki, bunu çox da oyuna yansıtmayaq. Çox fikirləşəndə bu da mənfi təsir edir. Futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün gəzinti də oldu. İnanıram ki, oyunçular o stresdən çıxıb, oyuna tam hazırlaşacaq.

- Mbappe bildirib ki, sabah Jirunun rekordunu qırmağa çalışacaq. Bu, sizin futbolçuların motivasiyasını artırır?

- Bu futbolçular statistikaları daha yaxşı etmək üçün qol vurmaq, rekordlar qırmaq istəyirlər. Normaldır. Rəqibin son oyunlarını da təhlil etmişik. Mbappenin belə deməsi futbolçularımızda bir az hirsi artıra bilər. Biz daha soyuqqanlı, daha sakit bu oyuna yanaşmalıyıq. Reallıq da var. Bu gün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Biz də gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlarda qazanmalıyıq. Futbolçularımız özlərini göstərməlidilər ki, gələcəkdə özümüzə yaxın rəqiblərə qarşı başabaş ya üstün oynayaq. Fransa ilə son dəfə 20 il öncə qarşılaşmışıq. Güclü komandalarla oynamaq özü də möhkəmlik gətirir.

- Azərbaycan möcüzə üçün nə etməlidir?

- Müasir futbolu təhlil etsək, oyunda şansların kimin tərəfdə olması önəmlidir. Oyuna çox şeylərlə hazırlaşırsan, elə vəziyyətlər olur ki, hər şey alt-üst olur. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. Futbolçulardan istəyim odur ki, nə baş versə də, təslim olmasınlar. Bu, bizim üçün vacibdir. 

- Heyəti müəyyənləşdirmisiz?

- Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.

- Özünüzü necə hiss edirsiz?

- Gözəl hissdir. Mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti ilə birlikdə futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Oktyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri