Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 8 oktyabr, AZƏRTAC

Fransada Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen ölkənin büdcə kəsirinin azaldılması məqsədilə 2032-ci ilədək dövlət xərclərində 140 milyard avro qənaət nəzərdə tutan iqtisadi planını təqdim edib. Lakin plan iqtisadçılar və siyasi rəqiblər tərəfindən ciddi suallarla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Lö Pen Parisdə təqdim etdiyi proqramla 2030-cu ildə büdcə kəsirinin 3 faizdən aşağı salınacağını vəd edib. RN bununla yanaşı, Avropa İttifaqının büdcəsinə Fransanın töhfəsinin azaldılması hesabına 2027-ci ildə 11,1 milyard avro, sonrakı illərdə isə 20 milyard avroyadək qənaət etməyi planlaşdırır.

İqtisadiyyat naziri Rolan Lekür bu təklifin Aİ-nin digər 26 üzvü tərəfindən qəbul edilməli olduğunu bildirib. İqtisadçı Nathali Janson isə bu yanaşmanı riskli hesab edib və Avropa tərəfdaşlarının belə bir razılaşmaya gedəcəyinin məlum olmadığını vurğulayıb.

RN, həmçinin miqrasiya siyasətinin sərtləşdirilməsi və milli üstünlük prinsipinin tətbiqi hesabına 2027-ci ildə 15 milyard, tam tətbiq olunduğu halda isə illik 29 milyard avro qənaət etməyi planlaşdırır. Lakin bu tədbirlərin bir qisminin Konstitusiya Şurası tərəfindən rədd edilə biləcəyi qeyd olunur.

Planın iqtisadi artımla bağlı proqnozları da tənqid olunub. RN 2028-ci ildən etibarən 1,8 faiz, 2029-cu ildə 1,7 faiz, 2030-cu ildə isə yenidən 1,8 faiz artım gözləyir. Halbuki Yüksək Maliyyə Şurasının proqnozunda 2028-ci və 2029-cu illər üçün artım 1,2 faiz səviyyəsində qiymətləndirilir.

Fransız iqtisadçısı Matyö Plan RN-in makroiqtisadi ssenarisini heç də inandırıcı olmayan hesab edib. Onun sözlərinə görə, 2027-ci ildə cəmi altı ay ərzində dövlət xərclərinin 66 milyard avro azaldılması iqtisadi artıma ciddi təsir göstərə bilər.

Marin Lö Pen isə planının qənaət proqramı olmadığını bildirir. RN əsas ərzaq məhsullarının bir hissəsi üçün ƏDV-nin ləğvini, qaz və elektrik enerjisinə ƏDV-nin azaldılmasını və müəssisələrin istehsal vergilərinin aşağı salınmasını təklif edir.

Plan siyasi rəqiblərin də tənqidinə səbəb olub. Keçmiş Baş nazir Eduard Filip proqramı “inandırıcı olmayan” plan kimi qiymətləndirib. Jan-Lük Melanşon isə təkliflərin Fransanı uzunmüddətli büdcə ixtisarlarına və tənəzzülə sürükləyə biləcəyini iddia edib.

RN isə tənqidləri rədd edir və təqdim etdiyi planın dövlət maliyyəsinin bərpası üçün ciddi addım olduğunu müdafiə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri