Icma.az
close
up
RU
Marin Lö Penin 2027 ci ildə prezident seçkilərində iştirakı sual altındadır

Marin Lö Penin 2027 ci ildə prezident seçkilərində iştirakı sual altındadır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 5 fevral, AZƏRTAC

Fransada Baş Prokurorluq Marin Lö Pen barəsində beş il müddətinə seçkilərdə iştirak qadağasının qüvvədə saxlanılmasını tələb edib. “Milli Birlik” (Rassemblement national-RN) partiyasının lideri üçün 2027-ci il prezident seçkilərində namizəd olmaq ehtimalı bu mərhələdə son dərəcə qeyri-müəyyən olaraq qalır.

AZƏRTAC xəbər verir ki, birinci instansiyada dövlət vəsaitlərinin mənimsənilməsinə görə dörd il həbs, 100 min avro cərimə və dərhal icra olunmaq şərti ilə beş il seçilmək hüququndan məhrumetmə cəzasına məhkum olunan Marin Lö Pen cəzasının yüngülləşdiriləcəyinə ümid edirdi ki. Belə olan halda o 2027-ci ildə dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəkdi.

Lakin məhkəmənin on birinci iclas günündə Baş Prokurorluq onun namizədliyinə real maneə yarada biləcək cəzalar tələb edib: üç ili şərti, bir ili elektron qolbaqla icra olunmaqla ümumilikdə dörd il həbs, 100 min avro cərimə və bu dəfə dərhal icra olunmadan beş il müddətinə seçkilərdə iştirak qadağası.

Marin Lö Penin vəkilləri fevralın 11-də söz alacaqlar. Hökmün elan olunacağı tarix daha sonra müəyyənləşdiriləcək. Paris Apellyasiya Məhkəməsi qərarın 2026-cı ilin yayında veriləcəyini vəd edib. Bu isə Marin Lö Penin həm hüquqi, həm də siyasi taleyinin aylarla qeyri-müəyyən qalacağı anlamına gəlir.

Hakimlər Marin Lö Penə iki ildən artıq müddətə və dərhal icra olunan seçilmək qadağası versələr, o, heç bir seçkidə iştirak edə bilməyəcək.

Bu halda Kassasiya Məhkəməsinə müraciət etmək hüququ qalacaq, lakin həmin müraciətin cəzanı dayandıracağına dair heç bir təminat yoxdur. Son söz yenə də Kassasiya Məhkəməsinə məxsus olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri