“Fransa məhz bu səbəbdən Bakıya gəlmədi” Cavanşir Feyziyev VİDEO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
“COP 29 konfransının Azərbaycanda keçirilməyə qərar verildiyi andan Fransa öz çirkin siyasətini həyata keçirməyə başladı. Rəsmi Paris COP29 ərəfəsində Azərbaycana qarşı saxta ittihamlar irəli sürdülər. Bu Fransanın iç üzünü açmış oldu”.
Gununsesi.info xəbər verir ki,bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Fransa Ada dövlətlərinin bu konfransda iştirak etdiyini bildiyi üçün Bakıya gəlmədi.
“İnkişaf etmiş ölkələr, o cümlədən Fransa inkişafdan qalmış kiçik ölkələrə iqlim dəyişikliyinə görə maliyyə yardımı etməlidirlər. Lakin bu ölkələr sözdə iqlim dəyişikliyindən danışsalar da, bu yardımı etmirlər. Fransanın bu konfransa gəlməməsinin daha bir səbəbi isə Fransanın ada dövlətlərində uzun illərdir ki, ekalogiyaya vurduqları zərbədir. Məhz Fransa buna görə Bakıya gəlmədi”, – Cavanşir Feyziyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















