Fransa Milli Assambleyası ailələrindən alınmış reunyonlu uşaqlar üçün təzminat qanunu qəbul edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Paris, 30 yanvar, AZƏRTAC
Fransa Milli Assambleyası 1962–1984-cü illər arasında ailələrindən zorla ayrılaraq Fransaya göndərilmiş reunyonlu uşaqlarla bağlı qanun layihəsini yekdilliklə qəbul edib. Bu qərar, onilliklər boyu ədalət və tanınma gözləyən minlərlə qurban üçün mühüm mərhələ kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinin təşəbbüsçüsü olan deputat Karine Lebon bu addımı kollektiv yaddaş və qurbanlar üçün tarixi bir məqam adlandırıb. Qəbul edilən mətn çərçivəsində xatirə və araşdırma komissiyasının yaradılması, hər il 18 fevral tarixində milli anım gününün təsis olunması və müraciət əsasında birdəfəlik təzminat ödənişinin verilməsi nəzərdə tutulur.
Rəsmi məlumatlara görə, 1962–1984-cü illər ərzində “La Réunion” adasından iki mindən çox azyaşlı Fransanın 83 departamentinə, əsasən kənd ərazilərinə köçürülüb. Bu proses əhalinin yenidən yerləşdirilməsi layihəsi adı altında həyata keçirilib. “Le Monde” qəzetinin yazdığına görə, sosial baxımdan ağır vəziyyətdə olan ailələrə uşaqlarının gələcəkdə uğur qazanacağı vədi verilib, bəzi hallarda isə ailələr aldadılıb. Bir çox uşaq ailəsini bir daha heç vaxt görməyib, bəziləri isə zorakılığa məruz qalıb və ağır mədəni şok yaşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















