Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Tədqiqat: Fransa Milli Assambleyası getdikcə teatr səhnəsinə çevrilir AZƏRTAC

Tədqiqat: Fransa Milli Assambleyası getdikcə teatr səhnəsinə çevrilir AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 15 yanvar, AZƏRTAC

Paris 1, Sürix və HEC universitetlərinin tədqiqatçıları 2007-2024-cü illər arasında iki milyon çıxışı semantik analiz edərək belə nəticəyə gəliblər ki, emosiya və tənqid ağıl və əsaslandırılmış müzakirələrdən üstünlük təşkil edir.

AZƏRTAC xəbər verir ki, Paris 1, HEC və Sürix universitetlərinin sosial elmlər üzrə tədqiqatçıları 2007-ci ildən bəri Fransa Milli Assambleyasındakı çıxışların təkamülünü təhlil ediblər. Nəticələr göstərir ki, Milli Assambleya getdikcə teatr səhnəsinə çevrilir, burada əsaslandırılmış müzakirələrdən çox, tənqid və emosiya ön plana çıxır. Bu qənaətə gəlmək üçün tədqiqatçılar 2007-ci ildən 2024-cü ilin iyun ayına qədər Milli Assambleyada edilən iki milyon çıxışın semantik təhlilini aparıblar. Bütün siyasi partiyalardan 1600-dən çox deputatın çıxışı süni intellekt vasitəsilə lüğət və ifadələrin istifadəsinə görə analiz edilib. Nəticələr göstərib ki, faktlara əsaslanan arqumentlərin hesabına emosional, xüsusilə də qəzəbli ritorikanın istifadəsi artıb. 2014-cü ildə çıxışların 22%-i emosional ritorikadan ibarət olduğu halda, bu nisbət 2024-cü ildə 40%-ə çatıb. Bu tendensiya xüsusilə “Əyilməz Fransa” (LFI) və Milli Birlik (RN) partiyalarının deputatları arasında daha çox müşahidə olunur.

Tədqiqat, həmçinin çıxışların müddətinin son 10 ildə təxminən iki dəfə azaldığını göstərir. Bunun bir izahı debatların daha konfliktli xarakter daşımasıdır, çünki deputatlar bir-birinin sözünü daha çox kəsirlər. Digər bir izah isə bəzi çıxışların sosial şəbəkələrdə yayılmaq üçün qəsdən qısaldılmasıdır. Xüsusilə tədqiqat göstərir ki, 150 sözdən ibarət qısa çıxışların sayı artıb, çünki bu format sosial şəbəkələrdə yayımlanacaq bir dəqiqəlik videolara uyğundur.

Bu dəyişikliklər siyasi nitqin yeni kodlarını əks etdirir. “Deputatlar artıq çıxışlarını həmkarlarına deyil, sosial şəbəkələrdəki izləyicilərinə ünvanlayırlar”, - deyə tədqiqatçılar qeyd edirlər. Bununla belə, daha emosional, qütbləşmiş və konfliktli olan bu “tamaşa” xarakterli çıxışlar seçicilər arasında inamsızlıq və məyusluğu artırmaqdadır. 2024-cü ildə CEVIPOF (Fransanın siyasi həyatını araşdıran mərkəz) vətəndaşlardan Fransa siyasi həyatı ilə bağlı fikirlərini soruşub. Əvvəlki sorğularla müqayisədə cavablarda iki əsas söz daha çox işlədilib: inamsızlıq və yorğunluq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri