Icma.az
close
up
RU
Fransa Milli Assambleyasında büdcə marafonu etimadsızlıq təhdidi altında başlayır

Fransa Milli Assambleyasında büdcə marafonu etimadsızlıq təhdidi altında başlayır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 24 oktyabr, AZƏRTAC

Fransada parlamentin ən çətin və gərgin dövrlərindən biri başlayır. Bu gün Milli Assambleyada 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi start götürür. Hökumət 49.3-cü maddədən – yəni parlament səsverməsini keçmədən büdcəni qəbul etməyə imkan verən vasitədən istifadə etməyəcəyinə söz verib. Lakin Baş nazir Sebastyen Lökornü üçün büdcəni razılaşdırmaq, solçu, sağçı, eləcə də ifrat sağçı bloklar arasında ortaq nöqtə tapmaq mümkünsüz görünür.

AZƏRTAC xəbər verir ki, deputatlar əvvəlcə büdcənin gəlir hissəsini müzakirə edəcəklər. Daha sonra noyabrın 4-də Sosial Müdafiə Büdcəsi (PLFSS), noyabrın 12-də isə xərc hissəsi gündəmə gələcək. Konstitusiyaya əsasən, parlamentin büdcəni təsdiqləmək üçün cəmi 70 günü var. Yəni, sosial müdafiə büdcəsi dekabrın əvvəlinə, dövlət büdcəsi isə dekabrın 23-dək qəbul edilməlidir.

Lakin Assambleyada çoxluq yoxdur: solçu, sağçı və ifrat sağçı fraksiyalar arasında parçalanma çox dərinləşib. Deputatlar artıq “bu, Frankenşteyn büdcəsi olacaq” deyə zarafat və xəbərdarlıq edirlər. Prezident partiyasının deputatı Danyel Labaronun sözlərinə görə, mətn bir çox fərqli tərəflərin təsiri ilə ziddiyyətli əlavələrlə dolu olacaq.

Artıq maliyyə komissiyasında hökumətin təklifi ciddi şəkildə dəyişdirilib, müxalifət hökumətin əleyhinə düzəlişlər qəbul edib. Milli Birlik (RN) və “Əyilməz Fransa” partiyası (LFI) birlikdə elektrik qiymətlərinə tənzimləməni qəbul etdiriblər. Hökumətin təklif etdiyi pensiyaçıların vergi güzəştinə dəyişiklik isə bütün müxalifət tərəfindən rədd edilib. Solçuların dəstəklədiyi “Zukman vergisi” (varlılara qoyulan əlavə vergi) hökumət, eləcə də RN tərəfindən rədd edilib, amma yenidən müzakirə olunacaq.

Milli Assambleya büdcə ilə bağlı 3 585 düzəlişlə üz-üzədir. 49.3 maddəsindən istifadə olunmadığı üçün hər bir səs həlledici olacaq. Sosialist deputat Romen Eskenazi bunu “əsl demokratik debat imkanı” kimi qiymətləndirib.

Deputatlara partiya rəhbərləri tərəfindən ümumi səfərbərlik çağırışı edilib. Həftəsonu belə, onlar dairələrinə qayıda bilməyəcəklər, iclaslar səhər saat 9-dan gecəyə qədər davam edəcək.

Solçu qüvvələr zənginlərə əlavə vergi, minimum əmək haqqının artırılması kimi təkliflər irəli sürür. Respublikaçılar və ifrat sağçı Milli Birlik (RN) isə Dövlət Tibbi Yardımının (AME) ləğvini müdafiə edirlər. RN lideri Marin Lö Pen “büdcə siyasətinin tabu mövzularını sarsıdan” alternativ plan təqdim edib. Respublikaçıların rəhbəri Bruno Retailo isə hökumətin layihəsini addım-addım dəyişəcəklərini deyib.

Əgər assambleya büdcəni qəbul etməzsə, hökumət Konstitusiyanın 47-ci maddəsinə əsasən, fərmanla büdcəni təsdiqləyə bilər. Hüquqşünas Tibo Mülye bunun qanuni, amma indiyə qədər heç vaxt tətbiq olunmamış addım olduğunu bildirir.

Bütün bu ssenarilərin üzərində etimadsızlıq təhdidi qalmaqdadır. RN, LFI, LR və PS partiyaları hökumətin fərman və ya xüsusi qanunla büdcəni səsvermədən keçirməyə çalışması halında senzura təklifi təqdim edəcəklərini bəyan ediblər.

Beləliklə, 2026-cı il büdcəsi üçün mübarizə sadəcə maliyyə deyil, həm də siyasi döyüşə çevrilib. Hökumət “parlament müzakirəsi ilə razılaşma əldə etməyə çalışırıq” desə də, əksər müşahidəçilər artıq nəticəni qabaqcadan görür: Fransa, “Frankenşteyn büdcəsi”nin doğuluşuna hazırlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri