Fransa millisi və Arsenal üçün şok 2027 ci ilədək oynamayacaq
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa millisinin və "Arsenal"ın zədəli müdafiəçisi Vilyam Salibanın durumu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilib ki, 2026-cı il dünya çempionatının yarımfinalında İspaniya ilə oyunda (0:2) belindən zədələnən 24 yaşlı futbolçu 4-6 ay yaşıl meydanlardan kənarda qalacaq.
Məlumata görə, Salibanın əməliyyat olunacağı və uzunmüddətli bərpa prosesi keçəcəyi gözlənilir. Bu səbəbdən onun 2027-ci ilə qədər meydana qayıtmayacağı qeyd edilib.
Fransalı müdafiəçi dünya çempionatı başlamazdan əvvəl də güclü bel ağrılarından əziyyət çəkib. Buna baxmayaraq, o, turnirdə çıxışını davam etdirib.
Saliba ötən mövsüm "Arsenal"ın heyətində mümkün olan 63 matçın 50-də iştirak edib. O, London klubunun İngiltərə Premyer Liqasının qalibi olmasında və UEFA Çempionlar Liqasının finalına yüksəlməsində əsas fiqurlardan biri olub. Saliba dünya çempionatında isə Fransa millisinin heyətində 6 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 16 İyul 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















