Fransa millisində qalmaqal: Futbolçular Deşamı yox, onu istəyirlər
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa millisinin futbolçuları baş məşqçi Didye Deşamın işindən beziblər.
Publika.az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb.
Deşam milli komandaya 2012-ci ildən başçılıq edir və onu DÇ-2018-də qələbəyə aparıb. Amma deyəsən, futbolçular 56 yaşlı mütəxəssisin rəhbərliyindən yorulmağa başlayıblar və getdikcə daha tez-tez onların arasında milli komandaya Zinəddin Zidan rəhbərlik etməli olduğu barədə fikirlər eşidilir.
Mənbənin sözlərinə görə, Fransa Futbol Federasiyası Deşamın komandanı 2026-cı il dünya çempionatına aparmasını planlaşdırır. Lakin Zidan onun yerinə ideal namizəd hesab edilir. Bununla belə, növbəti beynəlxalq turnirə qədər Fransa millisinin baş məşqçi postunda hər hansı dəyişikliyin olacağı ehtimalı azdır.
Xatırladaq ki, Zidanın son iş yeri 2021-ci ilin yayında tərk etdiyi "Real" olub.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















