Icma.az
close
up
RU
Ürək damar sistemi xəstəlikləri xüsusi diqqət çəkir HƏKİM DANIŞDI

Ürək damar sistemi xəstəlikləri xüsusi diqqət çəkir HƏKİM DANIŞDI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son illər aparılan epidemioloji müşahidələr və klinik təcrübə göstərir ki, stressin xronikləşməsi, yuxu rejiminin pozulması və oturaq həyat tərzinin geniş yayılması fonunda bir sıra xroniki xəstəliklər əvvəlki onilliklərlə müqayisədə daha erkən yaşlarda üzə çıxmağa başlayıb". Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, əvvəllər əsasən orta və yaşlı nəsil üçün xarakterik hesab olunan bu patologiyalar artıq gənc və əmək qabiliyyətli əhali arasında da geniş yayılıb və bu hal “xəstəliklərin cavanlaşması” kimi qiymətləndirilir: "Ürək-damar sistemi xəstəlikləri bu baxımdan xüsusi diqqət çəkir. Arterial hipertenziya, ürək ritm pozğunluqları və hətta miokard infarktı hallarına 25–35 yaş arası şəxslərdə daha tez-tez rast gəlinir. Uzunmüddətli psixoemosional gərginlik orqanizmdə stress hormonlarının səviyyəsini yüksəldir, bu isə damar tonusunun artmasına, endotel funksiyasının pozulmasına və nəticə etibarilə erkən damar sərtliyinə gətirib çıxarır. Yuxu çatışmazlığı və fiziki passivlik bu prosesi daha da sürətləndirir. Endokrin sistem pozuntuları da gənc yaşlarda artan xroniki problemlər sırasındadır. İnsulin müqaviməti və 2-ci tip şəkərli diabet artıq təkcə yaşlılara məxsus xəstəlik hesab edilmir. Qeyridüzgün qidalanma, gecə saatlarında aktiv həyat tərzi və daimi stress insulin mexanizmlərinin pozulmasına səbəb olur. Bununla yanaşı qalxanabənzər vəzin funksional pozuntuları, qadınlarda menstrual dövrün nizamsızlığı və polikistik yumurtalıq sindromu, kişilərdə isə testosteron səviyyəsinin azalması daha gənc yaşlarda diaqnoz qoyulan hallara çevrilib. Psixi sağlamlıq problemlərinin cavanlaşması da müasir dövrün mühüm tibbi və sosial məsələlərindəndir. Depressiya, təşviş pozuntuları və panik ataklar artıq yeniyetməlik və gənclik dövründə müşahidə olunur. Uzunmüddətli yuxusuzluq, informasiya yüklənməsi və sosial stress sinir sisteminin adaptasiya imkanlarını zəiflədir, nəticədə psixi və somatik simptomlar paralel şəkildə inkişaf edir. Həzm sistemi xəstəlikləri də bu prosesdən kənarda qalmır. Qastrit, qastroezofageal reflüks xəstəliyi və əsəbi bağırsaq sindromu kimi funksional və üzvi patologiyalar gənclər arasında geniş yayılıb. Stressin vegetativ sinir sistemi üzərindən mədə-bağırsaq traktına təsiri bu xəstəliklərin əsas patogenetik mexanizmlərindən biri hesab olunur. Eyni zamanda dayaq-hərəkət sistemi problemlərinin erkən yaşlarda artması müşahidə edilir. Uzun müddət kompüter və mobil cihazlardan istifadə, yanlış oturuş vərdişləri və əzələ zəifliyi nəticəsində boyun və bel nahiyəsində degenerativ dəyişikliklər, yırtıqlar və xroniki ağrılar 20–30 yaşlı şəxslərdə belə aşkar olunur. Bu mənzərənin fonunda profilaktik yanaşma xüsusi əhəmiyyət kəsb edir. Sağlam həyat tərzinin formalaşdırılması xroniki xəstəliklərin qarşısının alınmasında əsas rol oynayır. Yetərli və keyfiyyətli yuxu hormonal balansın və sinir sisteminin bərpası üçün vacibdir. Mütəmadi fiziki aktivlik qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini tənzimləyir və stressin mənfi təsirlərini azaldır. Rasional qidalanma, şəkər və doymuş yağların məhdudlaşdırılması, lif və zülalla zəngin rasionun seçilməsi metabolik xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır. Profilaktikanın mühüm hissəsi də vaxtında tibbi müayinələrdən keçməkdir. Bir çox xroniki xəstəliklər uzun müddət simptomsuz inkişaf edir və yalnız gec mərhələdə klinik əlamət verir. Müntəzəm check-up müayinələri risk faktorlarının erkən aşkarlanmasına və xəstəliklərin başlanğıc mərhələdə nəzarət altına alınmasına imkan yaradır. Müasir dövrdə sağlamlığın qorunması artıq təkcə tibbi məsələ deyil, həm də həyat tərzi seçimlərinin nəticəsidir. Xroniki stressi normallaşdırmaq yox, onu idarə etməyi öyrənmək, bədənin verdiyi ilkin siqnallara vaxtında diqqət yetirmək və profilaktik tədbirləri gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək xəstəliklərin cavanlaşmasının qarşısını almaqda əsas rol oynayır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri