Icma.az
close
up
RU
Fransa müstəmləkə cinayətlərinə pərdə çəkir

Fransa müstəmləkə cinayətlərinə pərdə çəkir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Fransanın dənizaşırı ərazilər naziri Manuel Valls BFM TV-yə müsahibəsi zamanı Azərbaycanı ölkəsinə qarşı, guya, hibrid müharibə aparmaqda, habelə dənizaşırı ərazilərdə müstəqillik tərəfdarlarını dəstəkləməkdə suçlayıb.

Əslində, bu, Fransa tərəfinin dənizaşırı ərazilərdəki uğursuz siyasətini, kolonializm keçmişini davam etdirmək səylərini ört-basdır etmək niyyətindən xəbər verir. Fransanın dənizaşırı adalarında baş verənlər isə Parisin “qeyri-normal yanaşma və qeyri-adekvat siyasətinin” nəticəsidir. Hazırda bu ölkə müstəmləkə siyasətinin mərkəzi kimi təəssürat bağışlayır. Milli azlıqlara qarşı təməl prinsipləri pozur, bu yöndə cinayətlərin sayı artır.

Yada salaq ki, Fransa müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri ilə tanınır. Bu sahədə faktlar həddindən çoxdur. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Orada Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Onlardan 11-i yeraltı sınaqlar olub. Orada yaşayan insanların həyatı təhlükə altına düşüb, təbiətə ciddi ziyan dəyib.

Bura, həmçinin mina terrorunu da əlavə etmək olar. Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yeri tutur. Yeri gəlmişkən, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Ümumiyyətlə, müstəmləkə dövründə, bir milyon yarım əlcəzairli öldürülüb.

Onu da yada salaq ki, Fransa Əlcazirdə keçirdiyi nüvə sınaqlarını 1966-cı ildən Polineziyada (Sakit okean adaları) həyata keçirməyə başlayıb. Mururoa və Fangataufa adalarında 30 il ərzində əvvəlcə atmosferdə, sonra isə yerin altında 193 nüvə sınağı keçirilib. Sonuncu nüvə sınağı 1996-cı ildə reallaşıb. Bu sınaqlar canlı təbiətin məhvi, eyni zamanda, Polineziyada yaşayan insanların ölümü, şikəst olması ilə nəticələnir.

Fransa Afrikada da cinayətləri ilə məşhurdur. Paris Nigeriyada “Orano” şirkəti vasitəsilə genişmiqyaslı uran çıxarır. Bu proses radioaktiv tullantılar və toz yaradır, yerli icmaların sağlamlığına və ətraf mühitə ciddi ziyan dəyir. Qabon, Konqo və Çad kimi ölkələrdə isə Fransanın “Total” şirkəti neft çıxarır və neft kəşfiyyatı aparır. Bu fəaliyyətlər su mənbələrinin neft tullantıları ilə çirklənməsinə, torpağın yararsız hala düşməsinə və biomüxtəlifliyin azalmasına səbəb olur.

Fransa Afrika ölkələrinə qadağan edilmiş və ya yüksək zəhərli pestisidlər ixrac edir. Bu kimyəvi maddələrdən yerli kənd təsərrüfatında istifadə olunur, lakin onların zərərli təsirləri həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi təhlükə yaradır. Fransa Kamerun və Konqo hövzəsində meşələrin kütləvi şəkildə qırılması ilə məşğuldur.

Parisin daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib.

Bundan başqa, Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərə səbəb olub. Fransa kanakların bütün hüquqlarını pozub. Bura mərakeşlilərin, tunislilərin və vyetnamlıların qətllərini də əlavə etsək, mənzərənin nə qədər ağır olduğu aydınlaşar. Bir sözlə, Fransa hara gedibsə, ora səfalət və faciə aparıb.

Bu qədər cinayətlərə bulaşmış bir ölkənin Azərbaycanı hibrid müharibə aparmaqda günahlandırması gülünc görünür. Təbii ki, bunun da cavabı var – ikiüzlülük, riyakarlıq, saxtakarlıq və elə bunların hamısını özündə birləşdirən “makronluq”. Əslində, Fransa rəsmiləri bu açıqlama ilə Azərbaycanın daxili işlərinə qarışırlar. Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyur, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirir. İrəvanı yeni hərbi avantüraya sövq edir. Ümumiyyətlə, Azərbaycanın Qarabağ üzərində suverenliyini həzm edə bilmir.

Bu barədə politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, Azərbaycan heç bir ölkəyə qarşı hibrid müharibə aparmayıb: “Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasətində hibrid müharibə yoxdur. Biz ərazi bütövlüyümüz uğrunda apardığmız müharibələri mərd-mərdanə, öz adımıza layiq aparmışıq. Torpaqlarımızın 30 illik işğaldan azad edilməsi prosesində, Qarabağda separatizmin aradan qaldırılmasında belə nə Ermənistana, nə də bir başqasına qarşı hibrid müharibə üsulundan istifadə etmədik. Yəni 2020-ci ildən 2023-cü ilədək gedən proseslərin heç birində bu addımı atmadıq. Bizim davranışımız, apardığımız mübarizə mərdliyə söykənir.

İkincisi, Fransa nazirinin dedikləri ilə bağlı onu qeyd etməliyəm ki, ümumiyyətlə, bu ərazilərdə baş verən proseslər cəmiyyətin təkamül prosesi ilə bağlıdır. Bunu hər hansı kənar qüvvələrlə bağlamaq məqsədlidir. Məsələ ondadır ki, Fransa uzun illər daha müstəmləkə siyasətini dəstəkləmək üçün dənizaşırı ərazilərdə informasiya vakuumu yaratmışdı. Bu informasiya vakuumu həmin ərazilərdə yaşayan yerli əhalinin geniş məlumat almaq imkanını məhdudlaşdırırdı.

Sosial konstruksiyalarda cəmiyyətin təfəkkürü və düşünmə qabiliyyətləri dar çərçivəyə salınmışdı. Sosial platformaların, yeni texnoloji alətlərin inkişaf etməsi ilə bütün dünyada insanların düşüncəsində bu tip dar çərçivələr sındırıldı.

Sıravi insanlar XXI əsrdə ölkəsinin Fransa tərəfindən işğal olunduğunu, müstəmləkə olduğu reallığını anladı. Bu reallığı da qəbul etmək istəmədi. Orda baş verən proseslərin hamısını bu kontekstdə dəyərləndirmək vacibdir.

Qeyd edim ki, Fransanın Azərbaycanı günahlandırmaq cəhdi onun ölkəmizə qarşı davam edən aqressiv ritorikasının növbəti mərhələsidir.

Fransanın dənizaşırı ərazilərində etiraz aksiyalarında, mitinqlərdə Azərbaycanın bayrağı və ya Azərbaycan Prezidentinin portretinin qaldırılması məsələsinə gəlincə, tarixən insanların öz torpaqlarını işğaldan azad edən, əhalisinin maraqlarına önəm verən liderlərə hörməti və rəğbəti olub. Müasir dövrün ən böyük reallığı ondan ibarətdir ki, Azərbaycan Prezidenti qlobal siyasətə təsir edə bilən güclü mövqeyə malikdir və müasir siyasətin görkəmli liderlərindən biridir. İnsanlar da öz torpağını işğaldan azad edən rəhbərə hörmət edir və onun təcrübəsindən özünün azadlıq hərəkatında istifadə olunmasını arzu edirlər. Bu məsələdə Azərbaycanı günahlandırmaq gülüncdür.

Digər məqam ondan ibarətdir ki, Azərbaycanın cəmiyyət institutları ilə müxtəlif ölkələrin QHT və media şəbəkələri arasında əlaqə formalaşmaqdadır. Həmin ərazilərlə də əlaqələrimiz genişlənir, bu, çox normaldır. Yada salaq ki, Avropa ölkələri ilə də QHT və media sahəsində əlaqələr mövcuddur. Bu da bizim heç kimə qarşı ikili yanaşmamızın olmadığının göstəricisidir. Dini, milli, irqi və coğrafi mənsubiyyətindən asılı olmayaraq, hamıya qarşı eyni mövqedən çıxış edirik.

Digər tərəfdən, Makron hökuməti 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressivlik ritorikasını daxili siyasətində bir alət olaraq istifadə etdir və erməni lobbisini öz ətrafında daha mobil biləşdirmək istəyir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Mart 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see346

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see230

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see211

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see206

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see205

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see200

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see194

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see190

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see183

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see182

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see172

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see166

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see160

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see159

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see157

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see156

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see150

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see149

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri