Icma.az
close
up
RU
Lavrov “pərdə”ni yana çəkir

Lavrov “pərdə”ni yana çəkir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Konsessiya məsələsi Moskva–İrəvan xəttində diplomatik nəzakəti itirir

Əslində, Moskva-İrəvan münasibətlərində diplomatik nəzakətin pərdəsi yoxa çıxır. Rusiya xarici işlər naziri Sergey Lavrovun RBK telekanalına müsahibəsində səsləndirdiyi fikirlər isə pərdənin ümumən olmadığından xəbər verir. El dilində deyildiyi kimi, ara qarışıb, məzhəb itib.

Lavrovun dedikləri Baş nazir Nikol Paşinyanın avqustun 24-də ölkə parlamentinin iclasında səsləndirdiyi fikirlərə Kremlin münasibətidir. Qeyd edək ki, Paşinyan çıxışında Rusiyanı 2008-ci ildə imzalanmış 30 illik konsessiya müqaviləsi üzrə öhdəlikləri başqa dövlətə ötürməyə, yaxud satmağa çağırmışdı.

Məsələ ondadır ki, TRIPP-lə bağlı Ermənistan dəmir yollarının yenilənməsi və müasir standartlara cavab verməsi lazımdır. Hər halda, rəsmi İrəvanın səsləndirdiyi tezis budur. Əslində, Paşinyan daha əvvəl Rusiyanı məhz bu yenilənməni aparmağa çağırmış, amma cavab almamışdı. Daha doğrusu, cavab belə olmuşdu ki, “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti üzərinə düşənləri artıqlaması ilə yerinə yetirib.

Onu da bildirək ki, Paşinyan vaxtilə Rusiyanın Ermənistanın dəmir yolları üzrə konsessiya hüququnu həm Kremlə, həm də İrəvana dost olan dövlətə satmasını təklif edərkən, Qazaxıstan, BƏƏ və Qətərin adını çəkmişdi. Yəni, təxminən belə: Rusiya edə bilmir, adları çəkilən ölkələr işin öhdəsindən gələcəklər. Lakin Moskva o zaman məsələyə adekvat reaksiya verməmiş, Qərbin Ermənistana təzyiqi məsələsini qabartmışdı.

Bu məsələ İrəvanın TRIPP və Azərbaycan-Ermənistan nəqliyyat bağlantıları ilə bağlı daha geniş strategiyası ilə birbaşa əlaqəlidir. Yəni dəmir yolu strukturu modernləşməlidir ki, tarixi imkan əldən çıxmasın. Modernləşmə üçün isə pul lazımdır. Bir halda ki, “Cənubi Qafqaz Dəmir Yolları” Rusiya Dəmir Yollarının törəmə şirkətidir, deməli, pulu da Rusiya tərəfi ödəməlidir. Puldan söz düşmüşkən, son günlər yayılan məlumatların bəzisində Paşinyanın Rusiyadan 2 milyard dollaradək kompensasiya tələb edə biləcəyi yazılmışdı. Rusiya XİN rəhbəri S.Lavrov da sırf 2 milyarda fokuslanır. Hiss olunur ki, diplomat özü qəsdən belə edir ki, ictimai rəydə Paşinyanın qeyri-ciddi fikir bildirdiyinə dair təəssürat formalaşsın. Hər halda, 2 milyard dollar çox böyük, hətta fantastik rəqəmdir. Halbuki Paşinyanın bir neçə gün əvvəl açıqladığı məbləğ xeyli azdır. Söhbət cəmi 400 milyon dollardan gedir.

Aydındır ki, Rusiya Ermənistana dəmir yolu ilə bağlı, loru dildə desək, qara qəpik də ödəmək istəmir. Bunu Lavrovun dedikləri də sübuta yetirir, üstəlik, Rusiya XİN-nin iki gün əvvəlki açıqlaması da. Xatırladaq ki, Kremlin baş diplomatiya idarəsi də vurğunu Qərbin Ermənistanı qızışdırması üzərinə qoymuşdu. Qızışdırır ki, İrəvan Rusiyanı Cənubi Qafqazdan sıxışdırsın...

Bəli, Lavrovun son açıqlamasında artıq sadəcə narahatlıq deyil, açıq siyasi qıcıq hiss olunur. Özü də diplomat fikrini, kifayət qədər, sərt formada çatdırır. O bildirir ki, Ermənistan tərəfinin Rusiyaya qarşı son dövrlərdə səsləndirdiyi bəzi iddialar Moskvada təəccüb və hətta “sinədə emosiyalar” yaradır. Diplomatın dilə gətirdiyi ifadə adi ritorikadan daha çox, Moskvanın İrəvanın siyasi kursuna münasibətinin emosional həddə çatdığını göstərir. Lavrovun açıqlamasından gəlinən qənaət budur ki, Moskva İrəvanın dəmir yolu məsələsində ictimai ritorikadan istifadəsini diplomatik tərəfdaşlığa uyğun davranış saymır. XİN rəhbərinin “əgər suallar yaranıbsa, tərəfdaşına bu məsələyə necə yanaşdığını izah et” məzmunlu fikirləri İrəvana açıq siyasi mesajdır. Konkret mesaj isə budur: Moskva problemlərin ictimai ittihamlar yolu ilə deyil, ikitərəfli danışıqlar masasında həllini tələb edir.

Burada diqqətçəkən məqam Lavrovun “sinədə emosiyalar”dır. Diplomatik dildə bu, kifayət qədər qeyri-adi ifadədir. Moskva Ermənistan hakimiyyətinin bəzi addımlarını artıq siyasi və emosional təzyiq kimi qəbul edir. Daha ciddi məqam isə Lavrovun “Ukrayna ssenarisi” xəbərdarlığıdır. O, Moskvanın İrəvanla münasibətlərdə Ukrayna ilə yaşanan proseslərdəki eyni səhvlərə yol verməməsi üçün nə edilməli olduğuna dair sualı cavablandırarkən, “Rusiya tərəfindən hər şeyin edildiyini” bildirib.

Ümumən, Ermənistanın son illər Qərbə doğru sürətlə yaxınlaşması, Rusiya ilə iqtisadi münasibətləri yenidən nəzərdən keçirməsi, xüsusən İrəvanın Avropa İttifaqı və ABŞ-la əlaqələrinin genişlənməsi Rusiya siyasi elitasında ciddi müzakirə doğurmaqdadır. Ermənistanın Rusiya ilə münasibətlərdə əvvəlki təhlükəsizlik modelindən uzaqlaşması da həmçinin. Lavrovun Ukrayna nümunəsini xatırlatması məhz bu kontekstdə xüsusi siyasi məna daşıyır. Amma qarşıdurmadan əvvəl başqa məqam da var. Məlumdur ki, Rusiya hazırda Ermənistana iqtisadi embarqo qoyub. Demək olar, bütün erməni məhsullarının ölkə ərazisinə girişi yasaqlanıb. Lavrovun fikirləri onu deməyə əsas verir ki, Kreml iqtisadi baxımdan İrəvanı sıxma xəttini genişləndirəcək. Yəni bu xətt hazırkı konsessiya gərginliyi fonunda da güclənəcək. Hər halda, Rusiya XİN rəhbəri Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakından əldə etdiyi üstünlükləri əbəs yerə vurğulamır. Üstünlük isə budur ki, Ermənistan Rusiyadan enerji daşıyıcılarını Aİ-dəki qiymətlərdən 3-4 dəfə ucuz əldə edir. Deməli, bir halda ki, İrəvan dəmir yolu xüsusunda dirəniş göstərir, onun bu imtiyazı ləğv edilə bilər. Ermənistan hakimiyyəti iqtisadi və enerji asılılığının azaldılmasını, alternativ bazarlara çıxışı və Qərblə daha sıx iqtisadi əməkdaşlığı prioritetlərindən birinə çevirib. Lakin indiki dövrdə İrəvan zərəri qarşılamaq potensialına malik deyil. Ona görə də Lavrov çox əmin, hələ bir qədər atmacalı şəkildə “orada yaxşı iqtisadçılar var” ifadəsini ortaya atır. Yəni yaxşı iqtisadçılar bilirlər ki, Ermənistanın Rusiyadan üz döndərməsinin fəsadları çıxacaq, siyasi şüarlar iqtisadi reallıqları dəyişməyəcək.

Sonda Lavrovun fikirləri kontekstində onu da bildirək ki, Rusiya ilə Ermənistan arasındakı polemikanı yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək doğru olmaz. Məsələ ondadır ki, Cənubi Qafqazda son illərdə ciddi geosiyasi transformasiya gedir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Ermənistan isə regionda yeni siyasi və iqtisadi reallıqla üz-üzə qalıb. Eyni zamanda, Qərbin Cənubi Qafqaza marağı əhəmiyyətli dərəcədə artıb.

Ermənistan Rusiya ilə ənənəvi münasibətlər sistemindən məhz belə bir şəraitdə uzaqlaşmağa çalışır. Moskva isə öz növbəsində bu tendensiyaya, sadəcə, müşahidəçi kimi yanaşmaq niyyətində olmadığını göstərir. Konsessiya məsələsi ətrafında yaranmış mübahisə də bu baxımdan daha geniş siyasi prosesin tərkib hissəsidir. Lavrovun son açıqlaması göstərir ki, Moskva artıq İrəvanın mövcud istiqamətdə atdığı addımları sakit diplomatik ifadələrlə qarşılamır, özünün iqtisadi arqumentlərini, siyasi təsir imkanlarını və Ermənistanın Moskva ilə əməkdaşlıqdan əldə etdiyi üstünlükləri açıq şəkildə xatırladır.

Aydındır ki, Rusiya–Ermənistan münasibətlərində etimad böhranı yalnız diplomatik bəyanatların səviyyəsində qalmır, iqtisadi maraqlar, təhlükəsizlik məsələləri və geosiyasi seçimlər ətrafında qarşılıqlı ittihamların yeni mərhələsinə keçir. Deməli, İrəvan Qərbə doğru nə qədər sürətlə istiqamət götürürsə, Moskvanın reaksiyası da bir o qədər sərtləşir. Lavrovun son açıqlaması bu qarşıdurmanın başlanğıc mərhələsindən xeyli irəliyə getdiyini göstərən növbəti siyasi siqnaldır.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri