Icma.az
close
up
RU
Fransa müstəmləkə siyasətini yeni cinayətləri ilə davam etdirir

Fransa müstəmləkə siyasətini yeni cinayətləri ilə davam etdirir

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

TƏHLİL

Reallıq ondan ibarətdir ki, bu gün dünyada qeyri-demokratik, insanlığa və bəşəriyyətə qarşı düşmən kəsilən dövlətlər sırasında Fransa özünəməxsus qəddar əməlləri və fəaliyyəti ilə seçilən dövlətdir. Bu dövlətin əsas prinsipi və məqsədi daha çox əraziləri işğal etmək və böyük sayda əhalini təsir altında saxlamaqdır. İşğal etdiyi ərazilərin yeraltı, yerüstü sərvətlərini vəhşicəsinə talan etmək Fransa hakim dairələrinin başlıca hədəfidir. Hətta məlumatlı mənbələrin qeyd etdiyinə görə, Fransanın dövlət büdcəsinin 67-70 faizi müstəmləkə altında saxladıqları ərazilərdən əldə etdikləri vəsaitlər hesabına formalaşdırılır. Fransa hansı ərazilərə daxil olarsa orada böyük dağıntılar, qarətlər və talanlar həyata keçirir. 550 ildən çoxdur ki, Fransanın bu siyasəti dəyişməyib. Beş yüz ildir ki, Fransa işğalçı siyasəti ilə dünyanın ən vəhşi dövləti olduğunu nümayiş etdirib. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni işğal edib. Hesablamaya görə, Afrikanın 42 faiz ərazisi Fransa tərəfindən işğal olunub. Fransa Seneqal, Niger, Korsika, Mayot adası, Kamerun, Mavritaniya, Yeni Kolodeniya, Əlcəzair və Ruanda kimi əraziləri qanlı olaylar törətməklə işğal etməyə nail olub. Qəsb etdiyi ərazilərdə kütləvi qətliamlar törədən Fransa bununla bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxunun Fransa tərəfindən törədildiyi təsdiqlənib. Sübuta yetirilib ki, işğal etdiyi ərazilərin sərvətlərini talan edən Fransa həmin ərazilərdə çoxsaylı qətliamlar, soqyırımı aktları həyata keçirib. Ümumilikdə Fransanın işğal etdiyi ərazilərdə törətdiyi qətlimların sayı 10 milyon nəfərə qədərdir. Təksə Əlcəzair ərazisində Fransa 2, 5 milyon əlcəzairlini vəhşicəsinə qətlə yetirib. Bu azmış kimi rəsmi Paris öldürdüyü fəalların sümüklərini özləri ilə Parisə apararaq orada zirzəmilərdə saxlamaqdadılar. Dəfələrlə Əlcəzair xalqı və hakimiyyəti fəalların sümüklərin qaytarılmasını tələb etsələr də Makron hakimiyyəti və ondan əvvəlki dövlət başçıları tələbləri yerinə yetirməkdən imtina ediblər. Bunla yeri gələndə cansız bədənlərdən qisas almaqdan çəkinmədiklərini nümayiş etdiriblər. Fransa Əlcəzair ərazisinə soxulduğu 1954-cü ilin yanvarından 1962-ci ilin 19 martına qədər hər gün orta hesabla 557 əlcəzairli öldürülməklə 2,5 milyon insana qarşı soyqırımı həyata keçirilmişdir. Əlcəzair qurtuluş müharibəsinə başladıqda əhalisinin sayı 9 milyon olmuşdur. Qurtuluş müharibəsindən sonra 7,5 milyon əlcəzairli qalmışdır. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri öldürmüş, xristianlaşmanı həyata keçirmişdir. 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir.

Hələ də yüz minlərlə insan Fransanın vəhşi ordusu tərəfindən öldürülür, işkəncələrə məruz qalır

Fakt ondan ibarətdir ki, Fransanın tarixən dünyada daha çox insan öldürməyə, qətliamlar törətməyə çalışıb. ,əhərləri dağıtmaq, yurd yerlərini viran qoymaq Fransanın dövlət siyasətidir. 1960-cı ildə Fransa ordusu Cibutiyə daxil olaraq insanları küçədə və evlərində təqib etmiş, nəticədə 100 minlərlə insan öldürmüşlər. Fransa Cad və Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir. 1881-ci ildə Fransa Tunisi, daha sonra Kamerununu, eyni zamanda, Mərakeşi işğal edərək insanları qan gölündə boğmuşlar. 1947-ci il noyabrın 29-da Vyetnamda törədilmiş “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. Bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanıb. 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirib. Nəticədə, Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub.

Təəssüflər olsun ki, dünyanın aparıcı dövlətləri Fransanın qəsbikar siyasətinə göz yumurlar. Yalnız Azərbaycandır ki, Fransanın insanlığa və bəşəriyyətə qarşı yönələn cinayətlərinə qarşı qəti etirazını bildirir. Dəfələrlə Azərbaycanın dövlət rəhbərləri, ayrı-ayrı ictimai- siyasi təşkilatlar Fransanın müstəmləkə siyasətini dayandırılmasını tələb edən bəyanatla çıxış ediblər. Hətta Azərbaycanın dəstəyi ilə Fransanın müstəmləkəsi altında əzilən xalqlara dəstək olmaq üçün Bakı Təşəbbüs Qrupu yaradılıb. Ölkə Prezidenti İlham Əliyev Fransanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi insanlıq əleyhinə cinayətləri, törətdiyi vəhşiliklər pisləyən bəyanatlar səsləndirib. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəm də Prezident İlham Əliyev dəfələrlə yüksək tribunadan Fransanın işğalçılıq siyasətini dayandırmağı tələb edən bəyanatlar səsləndirib. 2024-cü il mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan QH-nın sədri kimi hər zaman yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizəni təşviq edib: “Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır”.

Fransanın müstəmləkə siyasətinə qarşı etirazlar genişlənir

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlara öz dəstəyini nümayiş etdirməkdədir. Vaxtaşırı olaraq BTQ adından Fransanın zorakı əməllərinə etiraz əlaməti olaraq müxtəliflər konfranslar təşkil olunur və müraciətlər qəbul edilir, bəyanatlar səsləndirilir. Bu günlər Yeni Kaledoniyada azadlıqları uğrunda küçələr çıxan insanların Fransa ordusu tərəfindən gülləboran edilməsi və çoxsaylı insanın öldürülməsinə BTQ sərt münasibət bildirmişdir. Sentyabrın 5-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Kanak xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunmuş “Kanak xalqının mübarizəsi: beynəlxalq hüquq və dekolonizasiya perspektivləri” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Videokonfransda Fransanın müstəmləkəsi olan müxtəlif dənizaşırı ərazilərindən – Kanaki (Yeni Kaledoniya), Korsika, Fransız Qvianası, Reyunyon, Maohi Nui (Fransız Polineziyası), Qvadelup və Martinikdən olan müstəqillik hərəkatlarının və siyasi partiyaların liderləri iştirak edərək, sözügedən ərazilərdə müstəqillik və öz müqəddəratını təyin etmə hüququ məsələlərini müzakirə etmişlər. Onlar öz təcrübə və fikirlərini bölüşərək, beynəlxalq həmrəylik və dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Bu cür görüşlər, dənizaşırı ərazilərdə mövcud olan kolonial və postkolonial problemlərin həllinə töhfə vermək və müstəqillik uğrunda mübarizəni daha effektiv təşkil etmək üçün önəmli platforma rolunu oynadığını iştirakçılar vurğulamışdır.

Videokonfrans zamanı Bujival Sazişindən sonrakı vəziyyət və müstəqilliyin elan olunması istiqamətində atılacaq zəruri addımlar iştirakçılar arasında geniş müzakirə olunmuşdur.

Kanak nümayəndələri bir daha Bujival Sazişini rədd etdiklərini bəyan edərək Fransa ilə sadəcə müstəqillik üzərində qurulmuş dialoqların aparılmasının tərəfdarı olduqlarını qeyd etdilər. Bakı Təşəbbüs Qrupu, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi, Nazione, Qvadelupun Azadlığı üçün Xalq Birliyi, Qvadelup Beynəlxalq Təzminat Hərəkatı və Proqressiv Multıkultural Yeni Kaledoniya təşkilatlarının rəhbərləri bu məsələ ilə bağlı geniş müzakirələr aparmışlar. Görüşün sonunda BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində birgə addımların atılmasına dair razılıq əldə edilmişdir.

Söz yox ki, Fransanın yüz illərdir dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid olub. Bu gün də öz iyrənc siyasətini davam etdirməklə insanlığa qarşı ən böyük cinayətkar dövlət olduğunu təsdiqləyir. Lakin bu gün dünyada gedən mədəni, sivil proseslər onu deməyə əsas verir ki, nəhayət Fransa öz qanlı siyasətinin qurbanı olmağa yaxındır. Yəni Fransa insanlığa yönələn siyasətinin qurbanı olacağı şübhəsizdir. Azadlıqları uğrunda mübarizəyə qalxan xalqlar istəklərinə nail olacaqlar. Bundan sonra Fransaya qarşı çoxsaylı iddialar qaldırılacaq. Əgər Fransa gözlənilən prosesləri qabaqlayaraq qətliamlar törətdiyi xalqlardan, eləcə də dünya xalqlarından üzr istəsə bəlkə də Fransa mövcudluğunu qoruyub, saxlaya bildi. Əks halda Fransanın gələcəyi yoxdur. Bu dövlətin bir neçə yerə parçalanaraq tarixin zibilliyinə atılması qaçılmazdır.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

Böyük Britaniya ABŞ aviabazası üzərindən uçuşları məhdudlaşdırıb

29 Sentyabr 2026 08:08see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri