Ermənistan irqçi siyasətini davam etdirir İcma
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Qeyd olunub ki, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multi-etnikliyi özünə təhdid kimi gördüyünü sübut edir.
Vurğulanıb ki, Erməninstanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməyi tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 23 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















