Fransa od içində: Milyonlarla avronu kim ödəyəcək?
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransada baş verən hadisələrin iqtisadi nəticələri getdikcə ağırlaşır. Hökumətin açıqladığı son məlumata görə, zərər çəkən mağazaların sayı 3 minə çatıb. Bu, bir gün əvvəl açıqlanan rəqəmdən iki dəfə çoxdur. Sığorta şirkətləri isə ümumi zərərin nə qədər olacağını hələ müəyyənləşdirə bilməyiblər.
“Yeni Sabah” xəbər verir ki, Fransanın Sığortaçılar Federasiyası “Euronews”a açıqlamasında üzv şirkətlərin zərərçəkən müştərilərə yardım göstərmək üçün bütün imkanlarını səfərbər etdiyini bildirib. Bununla belə, indiyədək nə qədər müraciət daxil olduğu və ümumi zərərin məbləği açıqlanmayıb. Federasiyanın böhran qrupu hadisələrdən sonra ölkə üzrə dövlət qurumları ilə birgə işləyir.
Pərakəndə satış sahəsində fəaliyyət göstərən “Carrefour” şirkətinin baş direktoru Aleksandr Bompar bazar günü təxminən 1500 mağazanın zərər gördüyünü bildirmişdi. O, sahənin ümumi itkisinin yüz milyonlarla avro ola biləcəyini demişdi. Bazar ertəsi hökumət zərər çəkən mağazaların sayının 3 minə çatdığını açıqlayıb. “Carrefour” şirkəti də 20-si qarət edilən 50 mağazasına ziyan dəydiyini bildirib. Pepperoni pizza
Hadisələr maliyyə bazarlarına da təsir edib. Fransanın CAC 40 fond indeksi bazar ertəsi günü 1,1 faiz, Avropanın STOXX 600 indeksi isə 0,9 faiz geriləyib.
“Carrefour”un səhmləri 2,2 faiz, lüks mallar istehsal edən LVMH şirkətinin səhmləri isə 1,8 faiz ucuzlaşıb. Həftəsonu Marseldə qarət edilən mağazalardan biri də “Louis Vuitton”a məxsus olub.
Sığorta şirkətlərinin səhmlərində də ucuzlaşma qeydə alınıb. Parisdə AXA-nın səhmləri 1,3 faiz, SCOR şirkətinin səhmləri 0,9 faiz dəyər itirib. Milanda isə “Generali”nin səhmləri 2,3 faiz, “Unipol”un səhmləri 3,2 faiz ucuzlaşıb.
Fransanın dövlət istiqrazları da təzyiqlə üzləşib. Ölkənin 10 illik dövlət istiqrazlarının gəlirliliyi təxminən 8 baza bəndi artaraq 4,94 faizə yüksəlib. Almaniyada eyni müddətli istiqrazların gəlirliliyi isə 4 baza bəndindən az artıb. Nəticədə iki ölkənin borclanma xərcləri arasındakı fərq təxminən 148 baza bəndinə çatıb.
Fransada 2023-cü ilin iyun və iyul aylarında baş verən hadisələr indiki vəziyyətlə müqayisə üçün nümunə göstərilir. “France Assureurs”un “Euronews”a verdiyi məlumata görə, həmin vaxt sığorta çərçivəsində qeydə alınan zərərin məbləği 793 milyon avroya çatmışdı.
Sığorta şirkətləri təxminən 17 min müraciətə baxmış, hər müraciət üzrə orta zərər 46 min 600 avro olmuşdu.
Ümumi məbləğin təxminən üçdə ikisi, yəni 523 milyon avro mağaza və digər iş yerlərinə dəyən zərərlə bağlı idi.
Bələdiyyə binalarına, məktəblərə və avtobuslara hücumlar nəticəsində yerli idarəetmə orqanlarına təxminən 200 milyon avro ziyan dəymişdi. Bu, ümumi məbləğin dörddə birinə yaxın idi. Nəqliyyat vasitələrinin payına isə zərərin 7 faizi düşmüşdü. Lakin bu rəqəmlər bütün itkiləri əhatə etmirdi. Fransa Senatının sonrakı araşdırmasında ümumi maddi zərər təxminən 1 milyard avro qiymətləndirilmişdi. Bəzi zərərlər sığorta şirkətlərinə bildirilməmiş, bəziləri isə sığorta müqavilələri ilə yalnız qismən qarşılanmışdı.
Fransa 2023-cü ildə üzə çıxan problemləri aradan qaldırmaq üçün 2026-cı il büdcə qanununa yeni qaydalar daxil edib. Dəyişikliyə əsasən, müəyyən əmlak sığortası müqavilələrində kütləvi iğtişaşlar nəticəsində yaranan zərərin ödənilməsi məcburi olacaq. Həmçinin böyük itkilərin qarşılanmasına sığorta şirkətlərinə kömək edəcək milli fond yaradılacaq. Fond sığorta şirkətlərinin müvafiq müqavilələr üzrə ödədiyi sığorta haqlarının 1,5 faizinədək vəsait hesabına maliyyələşdiriləcək. Dövlət isə fonda ildə 4 milyard avroyadək zəmanət verəcək.
Ancaq yeni sistem hələ qüvvəyə minməyib. Bunun üçün Avropa Komissiyasının razılığı və hökumətin tətbiq qaydalarını müəyyən edən qərarı tələb olunur. Bu səbəbdən həftəsonu zərər çəkən müəssisələrə ödənişlər hazırda qüvvədə olan sığorta müqavilələrinin şərtlərindən asılı olacaq.
“France Assureurs”un məlumatına görə, Fransada mağaza və binalar üçün bağlanan sığorta müqavilələrinin əksəriyyəti kütləvi iğtişaşlar nəticəsində yaranan zərərləri əhatə edir. Bu sığorta adətən yanğın, oğurluq, qəsdən əmlaka ziyan vurulması və sınmış vitrinlərin təmiri xərclərini qarşılayır. Mağazaların qorunması üçün quraşdırılan müvəqqəti lövhələrə və təhlükəsizlik əməkdaşlarına çəkilən xərclər də çox vaxt sığortaya daxildir. Lakin müəssisələrin əsas problemlərindən biri fəaliyyətlərini dayandırdıqları müddətdə itirdikləri gəlirdir. Mağazanın tam və ya qismən bağlanması nəticəsində yaranan itkilərin ödənilməsi üçün müqavilədə əlavə sığorta təminatının olması tələb oluna bilər. Bu təminat itirilən satış gəlirinin hamısını deyil, əldə edilə bilməyən ümumi mənfəəti qarşılayır. Bunun üçün, adətən, mağazanın fəaliyyətini dayandırmasına sığorta ilə əhatə olunan fiziki zərər səbəb olmalıdır. Bəzi müqavilələrdə iş yerinə birbaşa ziyan dəymədiyi hallarda da ödəniş nəzərdə tutulur. Lakin bunun üçün müqavilədə xüsusi şərtlər göstərilməlidir. Sığortalıların zərər barədə məlumat vermək üçün, bir qayda olaraq, beş günü var. Bəzi ödənişlərin alınması üçün polisə şikayət edilməsi də tələb olunur.
Fransanın Baş naziri Sebastyan Lekornu bazar ertəsi bildirib ki, hadisələrdən zərər çəkən müəssisələr çərşənbə axşamından etibarən işçiləri üçün dövlət dəstəkli qısamüddətli iş rejimindən yararlana biləcəklər. Baş nazir yerli hakimiyyət orqanlarından müəyyən ərazilərdə küçəyə çıxmağa məhdudiyyət qoymağı istəyib. O, zərurət yaranacağı təqdirdə fövqəladə vəziyyət elan edilə biləcəyini də bildirib.
Saxlanılan şəxslərin sayı 2400-ü ötüb. Fransa Prezidenti Emmanuel Makron isə daxili işlər naziri Loran Nünezə dəstəyini davam etdirərək onun istefasını qəbul etməyib. Hadisələrlə bağlı dövlətin ayıracağı əlavə vəsait onsuz da çətin vəziyyətdə olan büdcəyə yeni yük yaradacaq. Fransada büdcə kəsirinin bu il ümumi daxili məhsulun 5,4 faizinə çatacağı gözlənilir. Dövlət borcu isə ölkənin ümumi daxili məhsulunun 119 faizi səviyyəsindədir. Hadisələrin yekun maliyyə nəticələri hələ məlum deyil. Ancaq aydındır ki, itkilər yalnız zərər çəkən mağazalarla məhdudlaşmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Oktyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















