Fransa polisi yeniyetmə miqrantları zorakılıqla evakuasiya edib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa polisi “Gqite Lyriaue” zalında sığınacaq tapmış yüzlərlə miqrant yeniyetmə uşağı zorakılıqla çıxardıb.
AZƏRTAC xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 06:00-da “Gaite Lyrique” teatrının zalına müdaxilə edib. Zalda sığınacaq tapmış miqrant yeniyetmələri dəstəkləyən gənclərlə polis arasında toqquşma olub. Polis binanın qarşısında qurulmuş kordonu zorakılıqla dağıdıb.
Hadisə yerində olan solçu deputat Danielle Simonnet son dərəcə zorakı müdaxiləni pisləyib. “Gənclər çantalarını yerə qoyarkən polis dəyənəklə onları vurmağa başladı”,-deyə acınacaqlı vəziyyəti təsvir edib.
"Bu səhər polis məmurları “Gaité Lyrique” sığınan müşayiətsiz 450 yetkinlik yaşına çatmayan uşağı təxliyə etmək üçün insanları itələyir, gözyaşardıcı qazdan istifadə edir və vururdu",- deyə “Utopia 56” Assosiasiyası sosial şəbəkə səhifəsində yazıb. “Acces au Droit” Assosiasiyası da oxşar faktları bildirib.
Yeniyetmə miqrantlar çantalarda bir neçə əşya ilə təxliyə ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Mart 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















