Icma.az
close
up
RU
Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb BTQ nin icraçı direktoru

Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb BTQ nin icraçı direktoru

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsiz hadisələrin şahidi olmuşdur. Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayına videomüraciətində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, bu qəddar basqılar, o cümlədən 13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanın yaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünya ictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacın olduğunu bir daha göstərmişdir.

A.Abbasov qeyd edib ki, Qurultayın Kanakidə keçirilməsi simvolik əhəmiyyətə malikdir.

"Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, Bakı Təşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlanmış və kanak xalqına qarşı törədilən vəhşiliklər dünya ictimaiyyətinə çatdırılmışdır. Birgə səylərimiz nəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində bu vəhşiliklərdən xəbərdar olmuşdur", - o vurğulayıb.

İcraçı direktor əlavə edib ki, müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər bir hadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur. Sistemli təzyiqləri aradan qaldırmaq və ədaləti bərpa etmək üçün beynəlxalq töhfələrə ehtiyac var. Azadlığa nail olmaq o qədər də asan deyil və fədakarlıq tələb edir:

"Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılması və sonrakı fəaliyyətə göstərdiyi dəstəyi vurğulamaqdan böyük qürur duyuram. Bu Cəbhə həmrəyliyin gücünü nümayiş etdirən bir nümunə, eləcə də dialoq, fəaliyyət və birgə missiyamızın gücləndirilməsi üçün platformadır. Bugünkü Konqres müstəmləkəçiliyin nəticələrini, neokolonializmə qarşı mübarizəni, qlobal çağırışları və əlbəttə ki, mümkün həll yollarını müzakirə etmək üçün qiymətli bir fürsətdir. Əminəm ki, bu tədbirdəki müzakirələr müstəmləkəçiliyə qarşı mübarizədə birgə səylərin səfərbər olunmasına töhfə verəcək.

Biz mübarizəmizi davam etdiririk, mübarizəmiz yalnız bu gün üçün deyil, gələcək nəsillər naminədir. Biz yalnız ədalət və bərabərlik uğrunda birgə mübarizəmizdə deyil, eyni zamanda, bütün xalqların ləyaqətinin tanınmasına sarsılmaz bağlılıq məsələsində də birləşməyə davam etməliyik. Qoy bu Qurultay hər birimiz üçün fəaliyyət çağırışı olsun – bizi müstəmləkə hökmranlığından azad, bütün xalqların öz gələcəklərini müəyyənləşdirmək gücündə olduğu bir dünya naminə mübarizəni davam etdirməyə dəvət etsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri